İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq və artıq hamımız qlobal şəbəkənin ayrılmaz hissəsiyik. Bu reallıq cinayətkarlığın da rəqəmsal müstəviyə keçməsinə səbəb olub. Demək olar ki, hər gün kibercinayətkarlığın müxtəlif formaları ilə üzləşən insanların hekayələrini eşidirik. Kibercinayətkarlığın sərhədləri yoxdur və bu çağırışla mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi bütün ölkələr üçün dəyişməz reallıqdır. Bu baxımdan Azərbaycanın hüquq-mühafizə orqanlarının kibercinayətkarlıqla mübarizə aparmağa imkan verən müxtəlif beynəlxalq mexanizmlərə qoşulması qaçılmazdır.
Fact-info.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai səsləndirib.
Deputat vurğulayıb ki, Azərbaycan bu istiqamətdə ilk dəfə beynəlxalq mexanizmlərə qoşulur və ölkəmiz kibercinayətkarlıq haqqında mövcud konvensiyaların iştirakçısıdır.
Onun sözlərinə görə, BMT çərçivəsində təqdim olunan yeni konvensiya bu sahədə qlobal miqyasda universal hüquqi baza formalaşdırır və mövcud regional mexanizmləri tamamlayır.
Nigar Arpadarai qeyd edib ki, Azərbaycan həmin konvensiyaya qoşularkən müəyyən qeyd-şərtlər və bəyanatlar irəli sürüb ki, bu da əməkdaşlıqdan səmərəli şəkildə faydalanmaqla yanaşı, milli maraqların qorunmasına və dövlət suverenliyinin təmin olunmasına xidmət edir.
Komitə sədrinin müavini əlavə edib ki, konvensiyanın ratifikasiyası Azərbaycanın kibercinayətkarlıqla mübarizə sahəsində beynəlxalq öhdəliklərinə sadiqliyini bir daha nümayiş etdirir və bu istiqamətdə hüquqi mexanizmlərin təkmilləşdirilməsinə mühüm töhfə verəcək.
Baxış sayı: 80
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
