FACT-INFO.AZ » XƏBƏR » DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayıb
12-02-2026, 14:30 | XƏBƏR
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayıb

Dövlət Təhlükəsizliyi Xidməti Ramiz MehdiyevAbbas AbbasovƏli Kərimli və digərləri barədə məlumat yayıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən verilən məlumata görə, xarici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və mənafelərinə qarşı həyata keçirdikləri təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən görülmüş kompleks tədbirlər nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Mehdiyev Ramiz Ənvər oğlu, Abbasov Abbas Aydın oğlu, Kərimli Əli Əmirhüseyn oğlu və qeyrilərinin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələrinə əsaslı şübhələr yaranıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxslərə elan edilmiş ittihama əsasən, xarici ölkənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədilə yaradılaraq 4 iyul 2012-ci ildə xarici ölkədə “Rusiya Azərbaycan Təşkilatları İttifaqı” adı altında qeydiyyatdan keçirilmiş və “Milyarderlər İttifaqı” adlandırılan təşkilatın həmtəsisçiləri və rəhbərləri olmuş Abbasov Abbas Aydın oğlu və İbrahimbəyov Rüstəm Məmməd İbrahim oğlu, eləcə də Mehdiyev Ramiz Ənvər oğlu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Kərimli Əli Əmirhüseyn oğlu, partiyanın üzvləri - Qəhrəmanlı Fuad Əli oğlu, Zayıdov Qənimət Səlim oğlu və qeyriləri dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə sövdələşmişlər.

Belə ki, onlar 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici ölkə vətəndaşı Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürən “Demokratik Qüvvələrin Milli Şurası” (Milli Şura) adlı təşkilat yaratdıqdan sonra xarici xüsusi xidmət orqanlarının maddi yardımı və digər formalarda təşkilati dəstəyi ilə dövlət hakimiyyətinin zorla ələ keçirilməsi üçün kütləvi iğtişaşların törədilməsi, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olunmaması, ictimai qaydanın, nəqliyyat, müəssisə, idarə və təşkilatların işinin pozulması istiqamətində fəaliyyət göstərmiş, həmçinin bu məqsədlə respublikanın müxtəlif rayonlarından insanların cəlb edilməsi üçün AXCP-nin üzvü İbrahim Məmməd Əziz oğlu və digərləri vasitəsilə qəbul etdikləri 933.828,40 manat məbləğində pul vəsaitini, o cümlədən Ramiz Mehdiyev və Abbas Abbasovdan əldə edilən maddi vəsaitləri qeyd olunan əməllərin törədilməsinə yönəltmişlər.

Cinayət işinin materiallarına əlavə edilmiş texniki sübutlara əsasən, “Milyarderlər İttifaqı” adlandırılan təşkilatın üzvlərinə yaşadıqları xarici ölkədə tabeliklərində işləyən və ya digər formada himayələrində olan Azərbaycan vətəndaşlarının 2013-cü ildə Prezident seçkiləri zamanı Azərbaycana göndərilmələri, onların hər birinin Azərbaycandakı qohumları və yaxınlarını cəlb edərək, xarici xüsusi xidmət orqanının təlimatına uyğun şəkildə mitinqlər və kütləvi iğtişaşlarda istifadə olunmalarını təmin etmələri barədə tapşırıqlar verilmişdir.

Məlum olmuşdur ki, qabaqcadan aparılan danışıqlar nəticəsində müvafiq xarici dövlətin səlahiyyətli şəxslərinin istəyinə uyğun olaraq, “Milli Şura”nın 2013-cü ildə bu xarici dövlətin rəhbərliyinə ünvanladığı gizli məktubda “şura”nın fəaliyyətinin dəstəklənməsi xahiş edilmiş, həmin ölkədə aparılan “islahatlar”ın Azərbaycanda da həyata keçirilməsi üçün Azərbaycan dövlətinə təzyiq göstərilməsi təklif edilmişdir.

Qeyd olunan ittihama əsasən, Qənimət Zayıdov 2013-cü ilin əvvəlindən etibarən Əli Kərimlinin adından xarici ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri ilə gizli əlaqəyə girərək danışıqlar aparmış, onun Azərbaycan Respublikasında hakimiyyətə gətirilməsində xarici xüsusi xidmət orqanlarının geniş təşkilati və xüsusi imkanlarından istifadə edilməsi üçün müraciət etmiş, qarşılığında Azərbaycanda xarici dövlətin strateji maraqlarının təmin ediləcəyini konkret detallar sadalamaqla vəd etmiş, eləcə də tərəflər Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycan Respublikasının mərhələli qaydada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına tam üzv olacağı barədə razılaşmışlar.

Eyni zamanda ittihama əsasən, Əli Kərimli adıçəkilən şəxslərlə qabaqcadan əldə olunmuş ümumi razılaşmaya uyğun qaydada cinayət əməllərini davam etdirərək, Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın apardığı təcavüzkar müharibəyə qarşı və orduya dəstək üçün Azərbaycan vətəndaşları 2020-ci ilin iyul ayının 14-dən 15-nə keçən gecə Bakı şəhərində yürüş etdikləri zaman Fuad Qəhrəmanlı və digərlərinə partiyanı təmsil edən şəxslərlə birlikdə kiçik qruplar təşkil etməklə yürüş iştirakçılarına qoşulmaq, daha sonra vətənpərvərlik şüarlarını təxribat xarakterli çağırışlarla əvəz edərək xaotik vəziyyət yaratmaq, bu vəziyyətdən yararlanıb kütləni idarə etməklə, Azərbaycan Respublikası Milli Məclisinin və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binalarını ələ keçirmək, o cümlədən kütləvi informasiya vasitələri ilə hakimiyyətin ələ keçirilməsini bəyan edəcəyi barədə tapşırıqlar vermişdir.

Bundan başqa, Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” başlığı altında müvafiq xarici dildə hazırladığı yazılı materialı köməkçisi Əmirov Eldar Qurban oğlu və digərləri vasitəsilə həmin sənəddə nəzərdə tutulan məsələlərin birgə razılaşdırılması məqsədilə 27 sentyabr 2025-ci il tarixində Əli Kərimliyə təqdim etmiş, 2025-ci ilin oktyabr ayının 3-də sözügedən yazının yekun redaktə olunmuş nüsxəsini qabaqcadan şəxsən əlaqə saxladığı xarici dövlətin xüsusi xidmət orqanlarının rəhbər vəzifəli şəxslərinə faktiki sahibi olduğu “Şərq-Qərb” ASC-nin əməkdaşları vasitəsilə göndərmiş, qeyd olunan göndəriş texniki olaraq fiksə edilmişdir.

Bu əməlləri ilə Ramiz Mehdiyev dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmiş, xarici dövlətin nümayəndələrinə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət etmişdir.

Bundan əlavə, Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17.000.000 manatdan artıq pul vəsaitini leqallaşdırmışdır.

Sadalanan cinayət əməllərində iştiraklarına görə, Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zayıdov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), Eldar Əmirov 32.5, 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmə), Ramiz Mehdiyev 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmişdir.

Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov Azərbaycan Respublikası ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilməklə, məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə araşdırmalar davam etdirilir.




Baxış sayı: 195
Beynəlxalq Muğam Mərkəzində tanınmış yazıçı-dramaturqun yaradıcılıq gecəsi keçirilib Dünən, 21:00 Hakan Fidan: Türkiyə və ABŞ liderləri arasındakı dostluq NATO-ya kömək edə bilər Dünən, 18:30 Leyla Aliyeva attends opening of individual exhibition and tree-planting campaign in Gabala Dünən, 17:30 Prof.Fərrux Rüstəmov: ”Laçının elmlər doktorları və dövlət xadimləri” kitabı Laçın rayonunun elmi-siyasi elitasına ucaldılan mənəvi abidədir” Dünən, 15:00 BMT Azərbaycanla tərəfdaşlığın gücləndirilməsində maraqlıdır Dünən, 14:30 Azərbaycanın rəqəmsal inkişaf strategiyası ölkəni regional texnologiya mərkəzinə çevirəcək Dünən, 13:30 Dağıdıcı imperiya iddiaları müasir dünya üçün təhlükədir Dünən, 13:00 Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə bağlı komissiya fəaliyyətə başlayıb Dünən, 11:30 Bu gün regionumuzun davamlı sülhə nail olmaq üçün real imkanı var Dünən, 10:00 Kiyevə kütləvi hava zərbələri endirilib Dünən, 09:30 Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb Dünən, 08:00 Nəsib bəy Yusifbəylinin ölümü: tarixi-siyasi şərait və onun Azərbaycan dövlətçiliyinə təsiri 5-07-2026, 18:00 Ukrayna Prezidenti: Müharibəni başa çatdırmaq üçün real perspektiv var 5-07-2026, 11:00 Dövlət başçısı: "Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar" 5-07-2026, 10:30 Türk Akademiyası Monqolustanda qədim türk irsinin tədqiqini davam etdirir 5-07-2026, 08:30 Rəcəb Tayyib Ərdoğan: Münaqişələrin davamlı həlli region ölkələrinin iradəsi və dəstəyi ilə mümkündür 4-07-2026, 18:30 Birinci Türkoloji Qurultayın 100 illiyi və Əli bəy Hüseynzadənin irsi elmi seminarda müzakirə olunub 4-07-2026, 16:00 Prezident İlham Əliyev: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur 4-07-2026, 13:00 “Türk Dünyası Həftəsi”nin iştirakçıları Xankəndi Bəyannaməsini qəbul ediblər 3-07-2026, 21:00 Dutch portal highlights Azerbaijan-Armenia peace process 3-07-2026, 18:00 “Qərbi Azərbaycan irsinə dair tədqiqatları davam etdirmək hədəfimizdir” 3-07-2026, 17:00 Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət 3-07-2026, 16:30 Hikmət Hacıyev amerikalı professorla regional məsələləri müzakirə edib 3-07-2026, 13:30 Dənizçi şair Səxavət Ənvəroğlunun növbəti kitabı işıq üzü görüb 3-07-2026, 11:30 "Türk Dünyası Həftəsi"nin iştirakçıları Şuşanın tarixi-mədəni irsi ilə tanış olublar 3-07-2026, 11:00 Azərbaycanın HHQ komandanı Türkiyədə rəsmi səfərdədir 3-07-2026, 11:00 Kiyevdə hava zərbəsindən ölənlərin sayı 30-a çatıb, dağıntıların təmizlənməsi davam edir 3-07-2026, 10:30 UNEP-in icraçı direktoru: Azərbaycanda ətraf mühitin qorunması naminə çalışan gənclərin enerjisi böyük ümid verir 3-07-2026, 10:30 Akademik Hüseyn Əhmədovun 100 illik yubileyinə həsr olunmuş toplantı keçirilib 3-07-2026, 10:00 Selçuk Bayraktar: Növbəti 30 ildə pilotsuz aparatlar hərbi təyyarələri əvəz edəcək 2-07-2026, 20:00
Köşə yazarları
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031