FACT-INFO.AZ » CƏMİYYƏT » Əbədi Sözün Alovu
11-02-2026, 14:00 | CƏMİYYƏT
Əbədi Sözün Alovu

Söz…

O, kainatın görünməz nəfəsidir. Mənim içimdə gizlənən bütün duyğuları oyadır, düşüncələrimi silkələyir, ruhumun qaranlıq otaqlarını işığa boğur. Mən danışanda sadəcə səs çıxarmıram – mən öz varlığımı, öz taleyimi, öz əbədi izimi yazıram.

Amma söz – bir kəlmə – bir ömrü dəyişdirər. O, insanı uçurumdan zirvəyə qaldırar, qaranlıqdan işığa aparar. Mən bilirəm ki, sözün gücü bəzən bir ürəyi sağaldır, bəzən bir yaddaşı əbədi möhürləyir.

Söz sənətə çevriləndə artıq ünsiyyət olmur – o, bir varlıq olur. O, mənim ruhumun musiqisi, düşüncələrimin şeiri, gizli sirrlərimin açarıdır. Hər kəlmə bir sualdır, hər cümlə bir cavab, hər məna bir yol ayrıcıdır.

Mən danışanda öz varlığımın qapısını açıram. Sözüm məndən soruşur:
“Sən hansı sirrin yükünü ürəyində daşıyırsan? Sənin ruhunun işığı harada yanır? İçində gizlədiyin həqiqət nədir?”
Bu sualların cavabı asan deyil – çünki söz həm güvənimdir, həm ümidim, həm də qorxum və sarsıntım.

Söz həm dağıdır, həm qurur. O, həm yaradır, həm sağaldır. O, insanı həm ağladır, həm güldürür. O, bir körpüdür – keçmişlə gələcəyi, ümidlə reallığı, insanla kainatı birləşdirən.

Salyanın günəşli qızmar istisi mənim qəlbimin hərarətinə çevrilib. Çünki Salyan mənim doğma rayonum, dünyaya göz açdığım torpaqdır. O torpaq mənim ruhumun kökü, mənim sözümün dayağıdır. Kürün sahilində əsən külək mənim düşüncəmin səsi, günəşin alovu mənim kəlmələrimin işığı, torpağın qoxusu isə mənim yaddaşımın nəfəsidir. Mənim sözüm Salyanın od nəfəsi kimi içimdən çıxıb dünyaya nur saçır.

Doğma torpaq mənim sözümün mayasıdır. Mənim kəlmələrim o torpağın isti nəfəsindən doğulur, o günəşin alovundan güc alır, o küləyin ritmindən musiqi tapır. Mənim sözüm – Salyanın ruhu ilə yoğrulmuş bir əbədi nəğmədir.

Mən bilirəm: sözün gücü zamanın sərt axışına qarşı dayanır. O, yaddaşın daşına həkk olunur, ruhun dərinliyində əbədi iz buraxır. Və mən yalnız o zaman sözün həqiqi sahibinə çevrilirəm ki, kəlmələrim sadəcə danışıq deyil, bir sənət, bir fəlsəfə, bir psixoloji güc olsun.

Mənim sözüm – ruhun musiqisi, düşüncənin şeiri, varlığın nəğməsidir.
Söz – mənim ən güclü silahım, mənim ən dərin sirrim, mənim əbədi yaradıcılıq gücümdür.

Mövsümağa Ədalətoğlu,
yazıçı-publisist




Baxış sayı: 140
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30