FACT-INFO.AZ » İQTİSADİYYAT » ABŞ Ticarət Palatası Azərbaycanda ilk biznes missiyasını başa çatdırıb
11-02-2026, 09:00 | İQTİSADİYYAT
ABŞ Ticarət Palatası Azərbaycanda ilk biznes missiyasını başa çatdırıb

ABŞ Ticarət Palatası Azərbaycanda ilk biznes missiyasını uğurla başa çatdırıb.

Fact-info.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında qeyd edilib ki, ABŞ Ticarət Departamenti ilə tərəfdaşlıq çərçivəsində təşkil olunan bu missiya çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirilib. Həmçinin müxtəlif istiqamətlər üzrə dəyirmi masalar, siyasi dialoqlar, görüşlər olub.

ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi deyib ki, bu ilk biznes missiyası ABŞ-ın özəl sektoru ilə Azərbaycan Hökuməti və biznes dairələri arasında yeni dialoq kanallarını açır. “Son iki gün ərzində biz iqtisadi prioritetlər, investisiya mühiti və enerji, rəqəmsal iqtisadiyyat, nəqliyyat və müdafiə kimi önəmli sahələrdə uzunmüddətli tərəfdaşlıq məsələlərini müzakirə etdik”, - deyə o əlavə edib.

Səfirliyin müvəqqəti işlər vəkili Emi Karlon deyib ki, ABŞ-ın 30 aparıcı şirkətinin bu tarixi səfəri iki ölkənin münasibətlərində mühüm mərhələdir. “Bundan əlavə, səfər Prezident Trampın Cənubi Qafqazda davamlı sülh və rifah baxışının həyata keçirilməsi istiqamətində növbəti addımdır”, - deyə o qeyd edib.

“Visa” şirkətinin baş vitse-prezidenti, MDB və Cənubi və Şərqi Avropa regionu üzrə meneceri Kristina Doros isə bildirib: “Biz bu mühüm biznes missiyasını və Azərbaycanın inkişaf edən rəqəmsal ödəniş ekosistemini dəstəkləməkdən qürur duyuruq. “Visa” innovasiyaların, maliyyə inklüzivliyinin və biznesləri gücləndirən, ölkənin iqtisadi transformasiyasını dəstəkləyən təhlükəsiz nağdsız həllərin təşviqinə sadiqdir”.




Baxış sayı: 120
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30