FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Qarabağ abidələri İslam Dünyası İrs siyahılarına daxil edilib
11-02-2026, 08:30 | MƏDƏNİYYƏT
Qarabağ abidələri İslam Dünyası İrs siyahılarına daxil edilib

Festivalın 10-da Özbəkistanın Daşkənd şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İslam Dünyası İrs Komitəsinin 13-cü sessiyası işə başlayıb.

Fact-info.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat verib. Bildirilib ki, sessiya çərçivəsində İslam Dünyasının İrs Siyahısına və İslam Dünyası İrsinin İlkin Siyahısına təqdim olunan nominasiyalar müzakirə edilib.

Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən hazırlanan Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi və “Şuşa Şəhər Dövlət Qoruğu” nominasiya fayllarının ICESCO-nun İslam Dünyası İrs Siyahısına daxil edilməsi barədə qərar qəbul olunub.

Bununla da ilk dəfə olaraq Ağdam abidələri beynəlxalq mədəni irs siyahılarına daxil edilib. Azərbaycanlılar üçün müqəddəs sayılan XVIII əsrə aid bu tarix-memarlıq Kompleksində Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın İmarəti ilə yanaşı onun və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın, Qarabağ xanlarının nəslindən olan digər görkəmli şəxslərin məzarları da yerləşir.

Azərbaycan Prezidenti İlham Əliyevin 20 fevral 2025-ci il tarixli Sərəncamı ilə Ağdam şəhərində “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması Qarabağ bölgəsində mədəni irsin dirçəldilməsinə və tarixi-mədəni dəyərlərin bərpasına dövlət səviyyəsində verilən xüsusi diqqətin bariz nümunəsidir.

Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Ağdam İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib. Ərazisi 3,3 hektar olan kompleks mərasimlərin keçirilməsi üçün nəzərdə tutulan tikililər, türbələr, tarixi qəbiristanlıq, Qarabağ atlarının təqdimatı üçün atçılıq kompleksi və ziyarətçi mərkəzindən ibarətdir.

Ağdam İmarət Kompleksi artıq ziyarətçilər üçün açıqdır.

Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın ICESCO-nun Siyahısına daxil edilməsi bu qoruq-şəhərin dirçəlməkdə olan tarixi-mədəni irsinə verilən dəyərin əyani təcəssümüdür.

Qeyd edək ki, sessiya festival 13-dək davam edəcək.

 




Baxış sayı: 100
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30