FACT-INFO.AZ » SİYASƏT » Vensin regiona səfəri onu göstərir ki, ABŞ Cənubi Qafqaza ciddi önəm verir
10-02-2026, 12:00 | SİYASƏT
Vensin regiona səfəri onu göstərir ki, ABŞ Cənubi Qafqaza ciddi önəm verir

"Bu gün ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens İrəvandan sonra Azərbaycana səfərə gəlir. Şübhəsiz ki, bu səfər Azərbaycanla ABŞ arasında münasibətlərinin strateji xarakter almasına ciddi töhfə verəcək, iki ölkə arasında imzalanması gözlənilən Strateji Tərəfdaşlıq Xartiyasının bütün detalları razılaşdırılacaq, müdafiə və təhlükəsizlik, süni intellekt, regional bağlantılar və iqtisadi sahələr üzrə əməkdaşlıqda yeni mərhələyə start veriləcək, ABŞ sərmayələrinin Azərbaycana yatırılmasına münbit şərait yaradacaqdır".

Fact-info.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev deyib: "Vensin regiona səfəri və müzakirə olunanan məsələlərin geniş spektri onu göstərir ki, ABŞ Cənubi Qafqaza ciddi önəm verir və Vaşinqtonda əldə edilmiş tarixi nailiyyətləri, o cümlədən sülh gündəliyini və TRİPP-lə bağlı razılaşmaları daha da möhkəmləndirmək və təminat altına almaq niyyətindədir.
Lakin bu günlərdə Ermənistan məhkəməsinin Samvel Şahramanyan adlı separatçının Qarabağda yaradılan qondarma qurumun "özünü buraxması barədə qərarı"nın güc tətbiqi və ya təhdid altında verilməsi və buna görə də, hüquqi qüvvəyə malik olmaması barədə verdiyi təxribatçı qərarı, eyni zamanda, erməni konkisürənlərin beynəlxalq yarışmada "artsax" kompozisiyası adı altında çıxış etmək cəhdi bir daha onu göstərir ki, İrəvana heç vaxt güvənmək olmaz.
Ermənistanın rəsmi institutlarının bu addımları təkcə Azərbaycanın ərazi bütövlüyünə, regiondakı sülhə və təhlükəsiziliyə qarşı deyil deyil, həm də şəxsən ABŞ-ın  prezidenti Donald Trampa, onun iştirakı ilə avqustun 8-də Vaşınqtonda  əldə olunan razılığa və paraflanan sülh sazişinə qarşıdır.
Ermənistanın bu təxribatçı addımları bir daha sübut etdi ki, bu ölkənin konstitusiyasında və digər hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmadan sülh sazişinin imzalanmayacağı ilə bağlı rəsmi Bakının mövqeyi nə qədər haqlı və doğrudur.
Düşünürəm ki, ABŞ bu reallığı nəzərə almalı və Ermənistana konstitusiya dəyişikliyini sürətləndirmək üçün mövcud təsir imkanlarından istifadə etməlidir. Əks təqdirdə, Cənubi Qafqazla bağlı bütün layihələr, o cümlədən Prezident Trampın xüsusi əhəmiyyət verdiyi sülh sazişinin imzalanması və TRIPP layihəsinin uğurla həyata keçirilməsi ciddi risk altına düşə bilər. Çünki Ermənistan konstitusiyası dəyişdirilmədən sülh sazişi imzalanarsa, gələcəkdə Şahramanyan məsələsində olduğu kimi, Ermənistan məhkəmələrinin Paşinyanın sülh sazişini guya təzyiq altında imzaladığı iddiası ilə həmin sazişin etibarsız sayılması barədə eyni qərarı verməyəcəyinə heç kim zəmanət verə bilməz".




Baxış sayı: 195
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Bu gün, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Bu gün, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Bu gün, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031