FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Bakıda Əlişir Nəvainin 585 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib
10-02-2026, 09:00 | MƏDƏNİYYƏT
Bakıda Əlişir Nəvainin 585 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib

Fevralın 9-da Beynəlxalq Muğam Mərkəzində özbək mütəfəkkiri Zəməxşərinin “Müqəddimətül-ədəb” əsərinin Azərbaycan dilinə tərcüməsinin təqdimatı və özbək xalqının dahi mütəfəkkiri Əlişir Nəvainin 585 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Fact-info.az xəbər verir ki, tədbirdə Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar artist, Özbəkistanın Mədəniyyət səfiri Sahib Paşazadə, Milli Məclisin deputatı, Azərbaycan–Özbəkistan Dostluq qrupunun sədri Eldar İbrahimov, akademiklər Nizami Cəfərov və Teymur Kərimli çıxış edərək kitabın Azərbaycan dilinə tərcüməsini türkdilli xalqların ədəbi irsinin təbliği baxımından təqdirəlayiq hadisə kimi dəyərləndiriblər.

Qeyd edək ki, özbək xalqının böyük alimi Zəməxşərinin (Əbdülqasım Mahmud bin Ömər bin Məhəmməd əl Xarəzmi əz- Zəməxşəri) tərcümə olunan “Müqəddimətül-ədəb” əsəri Beynəlxalq Muğam Mərkəzinin qardaş Özbəkistanla qarşılıqlı əlaqələrinə bir töhfədir. Kitab filologiya elmləri doktoru, professor Tərlan Quliyev tərəfindən əski əlifbadan müasir əlifbaya çevrilərək hazırlanıb. AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda nəşrə hazırlanan əsərin elmi redaktoru akademik Teymur Kərimlidir.

Zəməxşərinin (1074–1144) “Müqəddimətül-ədəb” əsəri türkoloji aləmdə Mahmud Kaşğarinin “Divani lüğət-it-türk” əsərindən sonra mühüm yer tutur. Əsər, ilk növbədə, ərəbcə–farsca–türkcə (Xarəzm türkcəsi) lüğət kimi tanınsa da, burada yüzlərlə türk söz və söz birləşmələri öz əksini tapıb.

Təqdimat mərasimi Əlişir Nəvainin 585 illiyinə həsr olunmuş ədəbi-bədii gecə ilə davam edib. Yazıçı-dramaturq İlqar Fəhminin aparıcılığı ilə keçirilən gecədə Əlişir Nəvainin qəzəlləri əsasında təşkil olunan muğam proqramında xanəndələr Sərxan Bünyadzadə, Elgiz Əliyev, Nisbət Sədrayeva, Aytac Bəybalayeva və Rəvan Qaçayev çıxış ediblər. Bədii qiraətçilər Hüseynağa Aslanov və Səmray Əliyeva isə şairin ədəbi nümunələrindən parçalar səsləndiriblər.




Baxış sayı: 125
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30