FACT-INFO.AZ » AKTUAL » Totalitar rejim həm də incəsənət adamlarını hədəfə almışdı
9-02-2026, 15:30 | AKTUAL
Totalitar rejim həm də incəsənət adamlarını hədəfə almışdı
Azərbaycanın tanınmış ziyalılarına qarşı yalnız 1937-ci ildə deyil, sonrakı dönəmlərdə də repressiyalar və təqiblər davam edib. Peşəsindən, statusundan, yaşından asılı olmayaraq, bir çox insanlar belə bəlaya düçar olublar. Akademik Ziya Bünyadov “Qırmızı terror” kitabında maraqlı məqamlara toxunub: “M. Bağırov öz məhkəməsində ifadə verərək bildirib ki, Azərbaycanda onun əleyhinə heç vaxt terror, sui-qəsd hazırlanmayıb. Bu haqda uydurmalar Beriya, Mikoyan və Sumbatov-Topuridze tərəfindən yayılmışdı”. ( Z.Bünyadov “Qırmızı terror” kitabı, səh. 229.Bakı, 1993)
Amma istintaq materiallarında hər bir dindirilənə qarşı belə sui-qəsddə iştirakının olması barədə təhqiqatçılar sual verirdilər. Hiss olunur ki, təqsirləndirilən şəxsdən təsdiq cavabı alınana qədər işgəncələr davam etdirilib.
Professor Cəlal Qasımov yazır: “Bu ittihamların icraçısı təkcə Mir Cəfər yox, həm də total rejimin əzib qula çevirdiyi ziyalılar oldu. 1920-ci illərin ədəbi məhkəmələri yenidən təkrarlandı”. ( C.Qasımov “Siyasi repressiya həyatda və ədəbiyyatda”, Bakı, “Elm və təhsil”, 2020)
Beləliklə istedadlı gənc Ülvi Rəcəb də bu repressiyaların qurbanı olur. İndi gəlin görək, Ülvi Rəcəb kim idi?
Ülvi Şaşıqzadə 1903-cü ilin yanvarında Batumi yaxınlığındakı Canivri kəndində anadan olub. Milliyyətcə acar olan Ülvi Rəcəbin babası Əhməd bəy keçmiş Suxumi knyazları nəslindən idi. Belə ki, Əhməd bəy evlənəndən sonra ailəsini də götürüb Batumiyə köçür və o, Canivri kəndində yaşamağa başlayır. Əhməd bəyin beş oğlu vardı. Onlardan dördü fanatik idi, lakin Ülvi Şaşıqzadənin atası Rəcəb bəy digər qardaşlarından fərqli olaraq, Avropa mədəniyyəti ilə tanışlığa can atırdı. Rəcəb bəy bütün Avropanı gəzmişdi və oğlunun dünyagörüşünün formalaşmasında onun söhbətləri mühüm rol oynamışdı.
Ülvi Rəcəb xalası Səbriyyə ilə İstanbula gedir. O, İstanbulda üç ay yayı qaldıqdan sonra evlərinə qayıdıb, təhsilə başlamalı idi. Lakin I Dünya müharibəsi başlayır və o, geri qayıda bilmir. Buna baxmayaraq, Ülvi Rəcəb xalasının maddi dəstəyi ilə təhsil həyatına başlayır. Lakin bir il keçmiş xalasının pulu qurtarır və Ülvi Rəcəb təhsilini ataraq işləyib özünü dolandırmalı olur. Bütün bunlarla yanaşı, xalası xəstələnir və dünyasını dəyişir. Müharibə qurtardıqdan sonra ailəsi Ülvini tapıb ona pul göndərə bilir. Qısa vaxtdan sonra isə o, Batumiyə qayıdır.
1918-ci ildə Hüseyn Ərəblinski daxil olmaqla "Tağıyev teatrının truppası" Batumda qastrolda olur. Qastrol tamaşaları Dəmir Teatrın və "Artistlər cəmiyyəti"nin səhnəsində gedirdi. Ülvi baş rolu Ərəblinskinin ifa etdiyi "Otello" tamaşasına baxdıqdan sonra həyatını teatra bağlamaq qərarına gəlir. O, Azərbaycandan gəlmiş aktyorlarla yaxından tanış olur. Onların göstərdikləri bir neçə tamaşada epizod rollarını oynayır. Gənc teatr həvəskarı hətta "Arşın mal alan" operettasında, xəstələnən aktyorun əvəzinə, Soltan bəy rolunda səhnəyə çıxır. Lakin gənc aktyorun teatrla maraqlanması atasının xoşuna gəlmirdi. O, ata-anasından gizlin həvəskarlarla tamaşa hazırlanmasında iştirak edirdi.
1919-cu ildə Ülvi Rəcəb artıq aktyor kimi tanınırdı. Onun teatr şöhrəti oğlunun aktyor olmasını istəməyən atasının qulağına çatır. Rəcəb Şaşıqzadə oğlunun aktyor seçimindən bərk qəzəblənir. Lakin o, teatrdan imtina etmir. 1919-cu ilin ortalarında aktyorun 80 yaşlı atası dünyasını dəyişir. 1920-ci ilin əvvəllərində Batum teatrı Ülvini daimi işə dəvət edir. Ülvi Rəcəb çoxlu və müxtəlif rollar ifa etmək istəyirdi. Lakin repertuarın yekrəngliyi və teatr rəhbərliyinin təşəbbüssüzlüyü aktyorda narazılıq yaradrı. Elə buna görə də aktyor yaşadığı şəhəri tərk etməli olur.
1924-cü ildə Tiflisdəki Azərbaycan teatrının baş rejissoru Aleksandr Tuqanov Azərbaycan Dövlət Dram Teatrında işləmək təklifi alır. O da Ülvi Rəcəbi özü ilə birlikdə Azərbaycana gətirir. Bundan sonra Ülvi Rəcəbin bütün həyatı Azərbaycanla bağlı olur. Həmin vaxtdan sonra Ülvi Rəcəb Bakıda çalışmağa başlayır. Ülvi Rəcəb otuz beş illik ömründə zəngin yaradıcılıqla məşğul olur. O, teatr sənətindəki xidmətlərinə görə 25 aprel 1933-cü ildə, 30 yaşında "Əməkdar artist" fəxri adına layiq görülüb. "Həyat" tamaşasında oynadığı Süleyman rolu Ülvi Rəcəbin Akademik Teatrda ifa etdiyi son rol olur.
Repressiya dövrünün kəskinləşdiyi vaxtlarda “Kommunist” qəzetinin 30 sentyabr 1937-ci il tarixli sayında Azərbaycan Dövlət Dram Teatrı haqqında bir məqalə dərc edilir. Yazının müəllifi isə göstərilmir. Hədəf isə bu idi: “Azərbaycan Dövlət Dram Teatrını burjua nasionalistlərinin əlaltılarından təmizləməli”. Ardınca həmin düşmənlərin siyahısı verilir. Onlardan biri də Ülvi Rəcəb olur. Onun haqqında belə yazılır: “Yaradıcılığı bir qəpiyə dəyməyən bu adam respublikanın Əməkdar artisti kimi şərəfli bir ada “nail” olmuşdur. O, xalq düşmənləri R.Axundov, Ə.Triniç, H.Nəzərli ilə sıx əlaqə saxlamış, xarici reaksion qəzetlər oxumuş, patefonda xarici plastinkalar çaldırmış, məişətcə pozulmuş, səhnəmizi osmanlı, ərəb və fars sözləri ilə zibilləməyə çalışmış gənc kadrların inkişafına mane olmuşdur”.
Beləliklə, Ülvi Rəcəb 1937-ci ilin 9 yanvarı "Vətən xaini" damğası ilə həbs edilir. 1938-ci il yanvarın 2-də baş tutan məhkəmədə Ülvi Rəcəb Şaşıqzadə ona ünvanlanan "özünüzü müqəssir hesab edirsinizmi" sualına cavab verir ki, o, özünü heç bir şeydə müqəssir hesab etmir. Ziya Bünyadovun yazdığına görə, Ülvi Rəcəb qəfildən həbs olunmasının təsiri altına düşərək, özünü əvvəlcə müqəssir hesab edib, lakin ittihamlarla tanış olduqdan sonra qətiyyətlə müqəssir olmadığını deyib. Bir teatr aktyoru nə çevriliş edə bilərdi, hansı terror aktı törədə bilərdi? Bütün ittihamların saxta olmasına baxmayaraq, qəddar rejim istedadlı bir gəncin həyatına son qoyur. Ülvi Rəcəb 1938-ci ilin yanvarında Bakıda güllələnir.
Məlumatlara görə, 1955-ci ildə Ülvi Rəcəb Şaşıqzadənin bacıları Altun və Nevrastan SSRİ Baş prokuroru Rudenkonun ünvanına ərizə yazıb qardaşlarının taleyi ilə maraqlanırlar. 1955-ci ildə Azərbaycan Dövlət Dram Teatrının direktoru Adil İsgəndərov Hərbi Prokurorluğa Ülvi Rəcəb haqqında müsbət xasiyyətnamə göndərir. Daha sonra xalq artistləri Mustafa Mərdanov, İsmayıl Dağıstanlı, Barat Şəkinskaya və Mərziyyə Davudova da Hərbi Prokurorluğa müsbət xasiyyətnamələr göndərirlər. 1955-ci ilin oktyabr ayının 29-da Baş hərbi prokurorun müavini D. Terexov SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasına Ülvi Rəcəb Şaşıqzadənin işi ilə bağlı öz qərarını göndərir. Qərarda göstərilir ki, Ülvi Rəcəb haqqında çıxarılan hökm ləğv olunmalı və onun işinə xitam verilməlidir. O, yalnız 1956-cı ildə bəraət alır.
Əkrəm Bəydəmirli
Baxış sayı: 245
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq
Bu gün, 19:30
“Zəfər Salnaməsi” adlı tədbir keçirilib
Bu gün, 18:00
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Bu gün, 18:00
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Bu gün, 14:30
Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır
Bu gün, 14:00
Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir
Bu gün, 12:30
Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub
Bu gün, 12:30
Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib
Bu gün, 12:00
Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb
Bu gün, 12:00
Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub
Bu gün, 09:30
“Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub
Dünən, 18:30
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib
Dünən, 18:00
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb
Dünən, 17:00
В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа»
Dünən, 16:30
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Dünən, 16:30
Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb
Dünən, 13:00
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib
Dünən, 11:00
Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
Dünən, 10:30
Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib
Dünən, 10:30
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
Dünən, 10:00
Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir
4-11-2026, 20:30
Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub
4-11-2026, 20:00
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
4-11-2026, 16:30
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
4-11-2026, 16:00
Ürək sağlamlığı diqqət mərkəzində
4-11-2026, 15:00
“Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi”
4-11-2026, 14:30
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub
4-11-2026, 09:30
BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib
4-11-2026, 09:30
ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb
4-11-2026, 09:30
Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu
4-11-2026, 09:00
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
