FACT-INFO.AZ » CƏMİYYƏT » Qərbi Azərbaycandan Qarabağ cəbhəsinə uzanan tale
9-02-2026, 15:00 | CƏMİYYƏT
Qərbi Azərbaycandan Qarabağ cəbhəsinə uzanan tale

Azərbaycan torpaqlarının müdafiəsində, ərazi bütövlüyünün  təmin edilməsində xidmətləri olan şəxslərin döyüş və həyat yoluna nəzər salırıq. Keçmiş döyüşçü polkovnikin Şuşa xatirələri ilə tanış olaq.

Fact-info.az saytının bugünkü qonağı Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Babacan kəndinin icma sədri, keçmiş döyüşçü, polis polkovniki Mübariz Quliyevdir.

 O, 1966-cı ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunda dünyaya göz açıb. Orta təhsilini və hərbi xidməti başa çatdırdıqdan sonra keçmiş SSRİ-nin Voronej xüsusi milis məktəbində təhsilini davam etdirib.  Məlum 1988-ci il hadisələrindən, ermənilərin Azərbaycan xalqına təcavüzündən sonra onun ailəsi doğma torpaqları tərk etmək məcburiyyətində qalır və onlar Bakı şəhərinə köçürlər.  Mübariz Quliyev həmin dövrü belə xatırlayır: 

 -Minlərlə azərbaycanlı kimi bizim ailəmizdə öz yurd-yuvalarından, Qərbi Azərbaycandan didərgin düşmüşdü. Həmin vaxt  ailəmiz Azərbaycana pənah gətirmişdi. Mən Voronej xüsusi milis məktəbini bitirmişdim. Atam o zamankı Azərbaycanın Daxili işlər naziri Məhəmməd Əsədova müraciət edərək mənim Azərbaycanda xidmətimi davam etdirməyi xahiş etmişdi. Çox vətənpərvər generalımız, mərhum  Məhəmməd Əsədovun razılığı  və əmri ilə mən Qarabağda, Şuşa polisində 1991-ci ilin mart ayından taqım komandiri kimi xidmətə başladım.

 1991-ci il - Şuşa

 Məlum məsələdir ki, o zaman əhalinin müdafiəsini, təhlükəsizliyini Azərbaycanın polisi təmin edirdi. Xaricdən dəstək alan ermənilər mütəmadi olaraq Azərbaycan kəndlərinə, dinc əhaliyə hücumlar təşkil edirdilər. Çox ağır vəziyyət idi. Bu gün mən tarixi vərəqləyərkən düşünürəm ki, Allahın möcüzəsi idi ki, sağ qaldım. Şuşada həm maraqlı, həm də çox çətin xidmət dövrüm olub. Müxtəlif döyüş əməliyyatlarında iştirak etmişəm. Həmçinin 1991-ci ilin 20 noyabr tarixində Qarakənd faciəsindən sonra dərhal həmin əraziyə ilk yetişən biz olmuşuq. Daşaltı hadisələri mənim gözüm qarşısında baş verib. Ermənilər xaricdən snayperçilər gətirmişdilər. Onlar bizim əsgərlərimizə böyük ziyan vururdular. Şuşa uğrunda Azərbaycanın çox cəsur, igid oğulları döyüşdü. Onlar təcrübəsiz olsalar da, çox vətənpərvər, torpağa sevgi ilə yanaşan gənclər idilər.  Amma  Daşaltı döyüşlərində xəyanət oldu.  Bu fikri mən 1998-ci ildə Azərbaycan televiziyasına müsahibəmdə də qeyd etmişdim. Sonra digər media qurumlarında mərhum generallarımız Dadaş Rzayev, Tacəddin Mehdiyev mənim fikirlərimə etiraz bildirərək demişdilər: “Bir kapitan generalı müzakirə edir”. O zaman mən kapitan rütbəsində idim. Yəni xaricdən gələn təzyiqlər, təhdidlər, xəyanətlər oldu. Həmin dönəmdə Müdafiə nazirliyi yeni formalaşırdı. Şuşa polisi bu quruma tabe deyildi. Amma biz o regionu, mövcud şəraiti çox yaxşı bilirdik. Şuşanın müdafiəsi ilə bağlı o zamankı İcra başçısı olmuş Mikayıl Gözəlovun tapşırığı, səyi ilə müdafiə tədbirlərini görə bilmişdik. Çox müəmalı şəraitdə Mikayıl Gözəlov öldürüləndən sonra ciddi boşluqlar  yarandı.

 Üç nəfər Xalq Qəhrəmanı 

  Azərbaycanda Milli Qəhrəmanlar, xidmətlərinə görə təltif  edilən insanlarımız var və onlara böyük ehtiramla yanaşırıq. Amma mən üç nəfəri Xalq Qəhrəmanı kimi qəbul edirəm. Birincisi, Ümummilli lider Heydər Əliyevdir. O Azərbaycanı böyük bəlalardan xilas etdi, dövlət qurdu. İkincisi, Şuşanın icra başçısı olmuş Mikayıl Gözəlovdur ki, onun rayonun müdafiəsində xidmətləri əvəzsizdir.  Üçüncüsü, mərhum telejurnalist Çingiz Mustafayevdir.O Azərbaycan həqiqətlərinin, xüsusilə, Xocalı faciəsi ilə bağlı informasiyaların dünyaya çatdırılmasında əvəzsiz xidmətlər göstərdi. Allah hər üçünə və bütün şəhidlərimizə rəhmət eləsin.

 Xocalı dərdi

Xocalı soyqırımı bizim heç zaman yaddaşımızdan silinməyəcək XX əsrin faciəsidir. Onu qeyd edim ki,  Xocalı hadisələrindən bir neçə gün əvvəl “Alazan”, “Kristal” raketləri müəmalı şəkildə Şuşadan çıxarılmışdı. Xocalıdakı  qırğınlar haqqında məlumat alarkən əlimizdə yalnız toplar qalmışdı. Biz toplar vasitəsilə Xankəndini atəşə tuta bildik. Bu da yetərli deyildi.  Qabaqcadan düşünülmüş plan idi ki, düşmən tərəfi, Xankəndi  “Alazan”, “Kristal” raketləri ilə atəşə tutulmasın. Həmin gecə Şuşa polis şöbəsinin rəisi Vahid Bayramov Daxili İşləri naziri Tofiq Kərimovla əlaqə yaradıb Xocalıdakı vəziyyəti izah etdi. Nazir bildirdi ki, mənim orada səlahiyyətli nümayəndəm sənsən. Nə mümkünsə et. Mənim burada heç yerə əlim çatmır.

  Xocalı faciəsindən sonrakı Şuşa

 Onu da qeyd edim ki, mən Daşaltı döyüşlərində yaralanmışdım. 1992-cı ilin aprel  ayı idi, Travmatologiya xəstəxanasında yaralarımı sarıtdırıb yenidən Şuşaya yollandım. Bizim polis rəisimiz Vahid Bayramov mənə yaralı halda Şuşaya qayıtdığıma görə, iradını bildirdi. Oradakı vəziyyəti, müharibə şəraitini, bütün gərginlikləri görən bir adam təbii ki, paytaxtda rahat qala bilməzdi. Elə buna görə, mən  döyüş bölgəsinə qayıtdım.  1992-ci ilin may ayının 5-də yenidən Bakıya gəldim, 7-də isə  Şuşaya döndüm.  Füzuli istiqamətində Əzizağa adlı polis əməkdaşı ilə birlikdə gedirdik. Yolda köç karvanlarını gördük... Nəhayət biz Turşsuya çatdıq. Bizim əməkdaşlarımız  orada idi.

Şuşa kimi məkanın işğal olunmasını ağlımıza gətirə bilməzdik. Amma kəşfiyyat məlumatlarına görə, Şuşaya ermənilər hələ daxil olmamışdılar. Həmin vaxt bizə xəbər verildi ki, Daxili işlər naziri Tahir Əliyev gəlir. Biz onunla görüşüb vəziyyətlə bağlı məruzə etdik. Ona vəziyyətdən çıxış yolu kimi, yəni Şuşaya qayıtmaq üçün ağır texnikaya, 10-15 tanka ehtiyac olduğunu bildirdik. O, dərhal Müdafiə nazirliyinin qərərgah rəisi Şahin Musayevlə əlaqə saxladı və ağır texnikanın, tankların verilməsini xahiş etdi.  Şahin Musayev elə rus dilində bildirmişdi ki, mən haradan tapım 10-15 tankı. Sonra Tahir Əliyev başına döyə-döyə dedi ki, bunlar necə insandır.

  Xatırladırıq ki, Mübariz Quliyev hazırda fəaliyyətini  Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Babacan kəndinin icma sədri kimi davam etdirir. Təqaüddə olan polkovnikdir. Uzun illər Daxili İşlər Nazirliyində qüsursuz xidmətinə görə dövlətimiz tərəfindən Mübariz müəllimin fəaliyyəti dəyərləndirilib. O, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni,  “Vətən uğrunda” medalı ilə təltif edilib. Həmçinin,  Mübariz müəllim Azərbaycan Polisinin 100 illiyi Yubiley medalı, “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı və digər fəxri adlarla təltif edilib.

 Fact-info.az

 




Baxış sayı: 1 665
Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub Dünən, 17:30 Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib Dünən, 17:00 Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb Dünən, 09:30 Ərdoğan: Türkiyə regionda uzunmüddətli sabitliyin tərəfdarıdır Dünən, 08:30 “Çal qılıncın, yetdim!.." 25-09-2026, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib 25-09-2026, 20:00 Müharibə və hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərə daha 19 avtomobil təqdim edilib 25-09-2026, 18:30 Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib 25-09-2026, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb 25-09-2026, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb 25-09-2026, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır 25-09-2026, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər 25-09-2026, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub 25-09-2026, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib 24-09-2026, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib 24-09-2026, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib 24-09-2026, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub 24-09-2026, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting 24-09-2026, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir 24-09-2026, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi 24-09-2026, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib 24-09-2026, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir 24-09-2026, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub 24-09-2026, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00 “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub 23-09-2026, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək 23-09-2026, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb 23-09-2026, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub 23-09-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930