FACT-INFO.AZ » SİYASƏT » Rəcəb Tayyib Ərdoğan: Dağıdıcı zəlzələlər fonunda Türkiyə yenidən dünyaya öz gücünü nümayiş etdirib
6-02-2026, 20:00 | SİYASƏT
Rəcəb Tayyib Ərdoğan: Dağıdıcı zəlzələlər fonunda Türkiyə yenidən dünyaya öz gücünü nümayiş etdirib

2023-cü ilin fevral zəlzələlərindən ötən üç il ərzində Türkiyə fəlakət zonasının 11 vilayətinin şəhər və kəndlərini bərpa edib, yenidən dirçəldib.

Fact-info.azxəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 6-da Osmaniyyə vilayətində, episentri Kahramanmaraşda yerləşən dağıdıcı yeraltı təkanların 3-cü ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

“Respublika tarixinin ən dağıdıcı fəlakəti əhalisi 14 milyon nəfər olan 11 vilayətə təsir edib. 107 min 213 qardaş və bacımız xəsarət alıb. Fəlakət zonasından 3 milyon 500 min insan təxliyə olunub. Birbaşa maddi zərərin məbləği 104 milyard dollara çatıb ki, bu da 2023-cü ildə Türkiyənin ümumi daxili məhsulunun 9 faizi ilə müqayisə edilə bilər”, – deyə dövlət başçısı vurğulayıb.

Türkiyə lideri dəhşətli faciənin qurbanı olmuş 53 min 537 vətəndaşın xatirəsinin ölkə sakinlərinin qəlbində daim yaşayacağını əminliklə vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan deyib ki, son 3 ildə zəlzələlərin nəticələrinin aradan qaldırılmasına təxminən 90 milyard dollar vəsait xərclənib, cari ilin dövlət büdcəsində isə zəlzələ zonasının bərpası üçün əlavə maliyyə vəsaiti nəzərdə tutulub.

“Bu günədək zəlzələlərin baş verdiyi ərazilərdə 433 min 667 yaşayış binası, həmçinin 21 min 690 kommersiya obyekti inşa edilib. Hakimiyyət xalqın qarşısında verdiyi bütün vədlərə əməl edib, Türkiyə isə dünyaya yenidən öz gücünü nümayiş etdirib”, – deyə Prezident qeyd edib.




Baxış sayı: 125
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30