FACT-INFO.AZ » İQTİSADİYYAT » Qazaxıstan Mərkəzi Asiyada, Azərbaycan isə Cənubi Qafqazda mühüm coğrafi mövqeyə malik dövlətlərdir
6-02-2026, 18:30 | İQTİSADİYYAT
Qazaxıstan Mərkəzi Asiyada, Azərbaycan isə Cənubi Qafqazda mühüm coğrafi mövqeyə malik dövlətlərdir

Bu gün Qazaxıstan fəal şəkildə nəqliyyat və logistika sahəsinə sərmayə yatıraraq, irihəcmi infrastruktur layihələri həyata keçirərək tranzit imkanlarını artırmağa çalışır. Qazaxıstan parlamenti 2024-cü ildə Orta Dəhlizin inkişaf etdirilməsi haqqında Çin ilə imzalanan sazişi təsdiqləyərək (ratifikasiya) qanun qəbul edib. Bu sənədə görə, hər iki dövlət 2040-cı ilə kimi Orta Dəhlizlə daşınan konteynerlərin sayını 500 minə çatdırmağı qarşıya məqsəd qoyub.

Bu sözləri Qazaxıstanda fəaliyyət göstərən Çin tədqiqatçıları assosiasiyasının sədri, politoloq Kazbek Maygeldinov deyib.

O, bildirib ki, hazırda Çin ticarət yollarını şaxələndirir və Avropa ilə ticarət əlaqələrini yalnız bir yolla deyil, bir neçə yolla davam etdirmək istəyir.

“Çinin bu istəyində Qazaxıstan əsas yerdə durur. Buna görə də Qazaxıstan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu inkişaf etdirərək müxtəlif infrastruktur layihələri həyata keçirir, mövcud olanları modernləşdirir. Xəzər sahilindəki limanlarla yanaşı, Çin ilə sərhəddəki “Dostık”, “Alınkol-Alaşamkoy” gömrük-keçid məntəqəsində də logistika mərkəzi yaradılıb. Həmçinin Çinin Sian vilayətində terminal istifadəyə verilib. Qazaxıstan ilə Azərbaycan arasında nəqliyyat və tranzit sahəsində yüksələn xətlə inkişaf edən əlaqələr var. Orta Dəhliz hər iki dövlətin iqtisadi, siyasi, ticarət əlaqələrinin artmasına, Şərq ilə Qərb arasında əlaqələndirici rol oynamasına geniş imkan yaradır. Qazaxıstan Mərkəzi Asiyada, Azərbaycan isə Cənubi Qafqazda mühüm coğrafi mövqeyə malik olan dövlətlərdir. Orta Dəhlizin inkişafında da bu iki dövlətin rolu və fəaliyyəti böyükdür”, - deyə politoloq əlavə edib. (Azərtac)




Baxış sayı: 100
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30