FACT-INFO.AZ » İQTİSADİYYAT » Xarici diplomatlar üçün Azərbaycan turizminin təqdimatı keçirilib
5-02-2026, 20:00 | İQTİSADİYYAT / SİYASƏT
Xarici diplomatlar üçün Azərbaycan turizminin təqdimatı keçirilib

Fevralın 5-də Azərbaycanın turizm imkanları haqqında məlumatlılığı artırmaq məqsədilə Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin diplomatik korpusunun nümayəndələri üçün tədbir keçirilib.

Fact-info.az-a Dövlət Turizm Agentliyindən bildirilib ki, tədbirdə Azərbaycanda fəaliyyət göstərən 50-dən çox diplomatik nümayəndəliyin və beynəlxalq təşkilatların təmsilçiləri, fövqəladə və səlahiyyətli səfirlər, attaşe və katiblər iştirak ediblər.

DTA sədrinin müavini Azadə Hüseynova tədbirdə çıxış edərək diplomatik korpusla keçirilən bu ənənəvi görüşlərin qarşılıqlı dialoq və əməkdaşlıq baxımından mühüm platforma olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanın turizm sahəsinə dövlət tərəfindən göstərilən dəstək, son illərdə birbaşa uçuşların sayının artması, genişlənən hava əlaqələri və mərhələli şəkildə sadələşdirilən viza rejimi ölkənin Şərqlə Qərbi birləşdirən regional turizm mərkəzi kimi mövqeyini möhkəmləndirib.

Eyni zamanda, Azadə Hüseynova beynəlxalq təşkilatlarda Azərbaycanın aktiv təmsilçiliyini, xüsusilə BMT Turizmlə əməkdaşlıq, 2026-cı il üçün Şuşanın İqtisadi Əməkdaşlıq Təşkilatının "Turizm paytaxtı" seçilməsi, Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) Ilə əməkdaşlıq çərçivəsində "Şahdağ" Turizm Mərkəzində keçirilək beynəlxalq yarışlar haqqında danışıb. O, Azərbaycanın indiyədək müxtəlif qlobal tədbirlərə ev sahibliyi etdiyini qeyd edərək may ayında keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) haqqında danışıb və Azərbaycanda işgüzar tədbirlər turizminin inkişaf etməkdə olduğunu bildirib.

Tədbirdə Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Teymur Süleymanzadə tərəfindən ölkənin turizm sektorunun strateji inkişaf istiqamətləri, prioritet bazarları, turizm məhsulları, 2025-ci ildə həyata keçirmiş marketinq tədbirləri və 2026-cı il üçün planlaşdırılan fəaliyyətlər haqqında təqdimat edilib.

Təqdimatda mədəni irs, qastroturizm, təbiət və ekoturizm, qış turizmi, sağlamlıq turizmi və şəhər təcrübələri Azərbaycanın əsas turizm məhsulları kimi önə çəkilib.

Xüsusilə “Xınalıq və Köç yolu mədəni landşaftı”nın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi, eləcə də Şəki, Basqal və Qarabağ istiqamətində icma əsaslı turizmin inkişaf etdirilməsi dayanıqlı yanaşmanın nümunəsi kimi qeyd olunub.

Təqdimatda, həmçinin Avropa, Yaxın Şərq və Asiya bazarlarında mövqeyin gücləndirilməsinin hədəfləndiyi və Azərbaycanın qlobal turizm xəritəsində rəqabət qabiliyyətini artırmağı məqsəd kimi müəyyən etdiyi vurğulanıb.




Baxış sayı: 105
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30