FACT-INFO.AZ » CƏMİYYƏT » Vətənə Canını Fəda Etməyə Hazır Bir Ömür
5-02-2026, 19:00 | CƏMİYYƏT
Vətənə Canını Fəda Etməyə Hazır Bir Ömür

Həsənov Səbuhi Nazim oğlu – 04 may 1985-ci ildə Salyan rayonunda dünyaya gəlmiş, ilk təhsilini doğma torpağında alaraq milli-mənəvi dəyərlərə bağlı bir gənc kimi formalaşmışdır. Uşaqlıqdan qəlbində daşıdığı Vətən sevgisi onun həyat yolunun mayasına çevrilmiş, bu sevgi illər keçdikcə daha da böyüyərək bir amal, bir ideala dönmüşdür.

Orta məktəbi bitirdikdən sonra Vətən qarşısında müqəddəs borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanmışdır. Xidmət illərində nümunəvi davranışı, intizamı və fədakarlığı ilə seçilmiş, zabitlərin etimadını doğrultmuşdur. Verilən tapşırıqları yüksək məsuliyyətlə icra etmiş, dəfələrlə Fəxri Fərmanlarla təltif olunmuşdur. Bu mükafatlar onun gənc yaşlarından qəlbində daşıdığı Vətən sevgisinin əməli sübutu idi.

Hərbi xidmətini başa vurduqdan sonra təhsilini davam etdirmək məqsədilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmuşdur. Akademiyada aldığı biliklər onun həyat yolunda yeni bir mərhələ açmış, ictimai fəallığını daha da gücləndirmişdir. Səbuhi Həsənov gənclik illərindən etibarən milli ideallara bağlılığı, vətənpərvərlik ruhu ilə seçilmiş, müxtəlif tədbirlərdə fəal iştirak etmişdir. Onun həyat fəlsəfəsi sadə, lakin uca bir şüarda cəmlənmişdir: “Vətən sənə canım fəda.”

Hazırda Həsənov Səbuhi Azərbaycan Respublikası Xocalı Soyqırımını Tanıtma İctimai Birliyində sədrin köməkçisi kimi fəaliyyət göstərir. Bu vəzifə ona yalnız təşkilati məsuliyyət deyil, həm də tarixi yaddaşın qorunması, milli faciənin dünyaya tanıdılması kimi müqəddəs bir missiya yükləmişdir. Xocalı soyqırımı – xalqımızın qan yaddaşı, milli kimliyimizin sarsılmaz sütunu, ədalət mübarizəmizin simvoludur. Səbuhi Həsənov bu missiyanın daşıyıcısı olaraq, faciənin unudulmaması və gələcək nəsillərə ötürülməsi üçün yorulmadan çalışır.

Onun həyat yolu bir insanın bioqrafiyası olmaqdan daha çox, bir fəlsəfi dərsdir. Bu dərs bizə öyrədir ki, Vətən sevgisi yalnız duyğu deyil, həm də əməl, fədakarlıq və məsuliyyətdir. Vətənpərvərlik insanı böyüdür, onu xalqına, dövlətinə faydalı bir şəxsiyyətə çevirir. Səbuhi Həsənovun ömrü bu həqiqətin canlı nümunəsidir – böyük ürəkli, fədakar, milli ideallara sadiq bir ziyalı.

Onun adı, fəaliyyəti və həyat yolu bir çağırışdır: hər bir gənc bilməlidir ki, Vətən yalnız torpaq deyil, həm də vicdan, həm də yaddaş, həm də ruhdur. Vətənə həsr olunmuş bir ömür – əslində, insanın özünü aşaraq əbədiyyətə qovuşmasıdır.

Mövsümağa Ədalətoğlu
Yazıçı-publisist




Baxış sayı: 135
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30