Azərbaycan coğrafi baxımdan Orta Dəhlizin mərkəzində yerləşir. Tarixi İpək Yolunun müasir formada bərpası bu ölkəni Asiya ilə Avropa arasında əsas əlaqələndirici halqaya çevirir. Fact-info.az xəbər verir ki, bu fikirləri Beynəlxalq Nəqliyyat Forumunun (ITF) baş katibi Yanq Ta Kim bildirib.
Onun sözlərinə görə, Azərbaycan müxtəlif regionlar arasında körpü rolunu oynayaraq nəqliyyat və logistika baxımından mühüm üstünlüklər əldə edir.
“Bununla yanaşı, ITF-də sədrliyi dövründə Azərbaycan özəl sektor investorları üçün daha şəffaf və proqnozlaşdırıla bilən yanaşmalar irəli sürür, eləcə də, siyasətçilər arasında Orta Dəhlizin strateji əhəmiyyəti ilə bağlı konsensusun formalaşmasına töhfə verir. Bu sahədə bir neçə əsas məsələnin eyni vaxtda həllinə ehtiyac var. Fiziki infrastrukturun inkişafı, rəqəmsal texnologiyaların tətbiqi və dayanıqlılıqla yanaşı, sərhəd keçidlərinin səmərəliliyi xüsusi əhəmiyyət daşıyır.
Sərhəd prosedurları və inzibati mexanizmlər mübadilənin asanlaşdırılması baxımından ölçülməsi çətin proseslərdir. Bu tədbirlərin mərhələli deyil, paralel şəkildə həyata keçirilməsi vacibdir. Vaxt amili bu prosesdə əsas çağırışlardan biridir. Bununla belə, vahid yanaşma və qarşılıqlı anlaşma əsasında mühüm irəliləyişlər əldə etmək mümkündür”,- deyə Yanq Ta Kim vurğulayıb.
Baxış sayı: 165
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
