FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Dünyaşöhrətli alim Lütfi Zadə -105” adlı elektron məlumat bazası hazırlanıb
5-02-2026, 10:00 | MƏDƏNİYYƏT
“Dünyaşöhrətli alim Lütfi Zadə -105” adlı elektron məlumat bazası hazırlanıb

Bu gün dünyaşöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin fəxri professoru Lütfi Zadənin anadan olmasının 105 illiyi tamam olur. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında bu münasibətlə alimin zəngin elmi fəaliyyətindən və mənalı ömür yolundan bəhs olunan “Dünyaşöhrətli alim Lütfi Zadə -105” adlı elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan  Fact-info.az-a bildirilib ki, elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib. Hazırlanan materialda Lütfi Zadənin həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərinin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlərlə yanaşı, “Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi”, “Dünyanı bütün çalarları ilə qavrayan azərbaycanlı dahi” və “Lütfi Zadə - xəyalla həqiqət arasındakı səddi aradan qaldıran şəxsiyyət” məqalələrinin tam mətni yer alır.

Elektron bazada alimin müəllifi, redaktoru olduğu nəşrlərin, məqalələrin, eləcə də onun haqqında qələmə alınan kitab və dövri mətbuat nümunələrinin siyahıları təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada görkəmli alimin sevimli kəlamları, xatirəsinin əbədiləşdirilməsi, adına təsis edilən təqaüdlər haqqında məlumatlar da yer alır.

Elektron bazada “Lütfi Zadə haqqında bilmədiklərimiz”, “Dissertasiya və avtoreferatlar”, “Filmoqrafiya”, “Virtual sərgi”, “Foto və videoqalereya” bölmələri də istifadəçilərə təqdim olunur.

Elektron məlumat bazasında “Uzaq və yaxın sərvətimiz – Lütfi Zadə” adlı videomaterial da yer alır. Materialda Lütfi Zadəyə dünya şöhrəti qazandıran və istehsalatda geniş tətbiq edilən, eyni zamanda, dünya elmində inqilab sayılan qeyri-səlis məntiq nəzəriyyəsi, “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompüter nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynayan elmi kəşfləri haqqında məlumat verilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Lütfi Zadə haqqında xatirələr səsləndirilir, həyat və elmi fəaliyyətini əks etdirən, müxtəlif konfrans və görüşlərdə lentə alınan foto və videogörüntüləri təqdim edilir.

“Uzaq və yaxın sərvətimiz – Lütfi Zadə” adlı videomaterial kitabxananın rəsmi saytında yerləşdirilib.




Baxış sayı: 130
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30