FACT-INFO.AZ » XƏBƏR » Zayed Mükafatı fonunda sülh: Abu-Dabidə deyilənlər və deyilməyənlər
5-02-2026, 09:30 | XƏBƏR
Zayed Mükafatı fonunda sülh: Abu-Dabidə deyilənlər və deyilməyənlər

Abu-Dabidə Zayed İnsan Qardaşlığı Mükafatının təqdimatı zamanı səslənən çıxışlar Cənubi Qafqazda sülhün hansı məntiq üzərində qurulduğunu və tərəflərin bu prosesi necə dərk etdiyini aydın şəkildə göstərdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan eyni mərasimdə eyni mükafatı qəbul etsələr də, çıxışların məzmunu və hədəf auditoriyaları baxımından fərqli mövqelər nümayiş etdirdilər. Bu fərq sülh prosesinin iki əsas dayağını üzə çıxardı: dövlət səviyyəsində siyasi idarəetmə iradəsi və cəmiyyətlə açıq, çətin dialoq.
Prezident İlham Əliyevin çıxışı ölçülü və məsuliyyətli dövlətçilik dili ilə qurulmuşdu. Sülh emosional barış çağırışı kimi deyil, mərhələli şəkildə formalaşan və idarə olunan proses kimi təqdim edilirdi. "Biz sülh şəraitində yaşamağı öyrənirik" ifadəsi bu baxımdan çıxışın əsas məntiqini ifadə edirdi. Burada "biz" anlayışı sülhü yalnız hökumətin və ya diplomatiyanın işi kimi deyil, bütövlükdə cəmiyyətin üzərinə düşən məsuliyyət kimi təqdim edirdi. Sülhün "öyrənilən" proses kimi təqdim olunması post-münaqişə dövrünün idarəetmə fəlsəfəsini əks etdirirdi.Çıxışda sülhün praktik ölçüləri xüsusi vurğulanırdı. Yükdaşımaların bərpası, enerji məhsullarının ixracı və ticarət əlaqələrinin qurulması sülhün real mexanizmlərlə möhkəmləndirildiyini göstərirdi. Bu yanaşma sülhü keçmiş münaqişənin davamı kimi deyil, regionda normal siyasi və iqtisadi münasibətlərin qurulmasına yönəlmiş ardıcıl dövlət siyasəti kimi təqdim edirdi.
Hüquqi-diplomatik müstəvidə Vaşinqton sammitinə, paraflanmış sülh sənədlərinə və birgə bəyannaməyə istinad edilməsi prosesin legitim əsaslar üzərində qurulduğunu göstərirdi. Buradakı əsas mesaj ondan ibarət idi ki, sülh tərəflərin öz siyasi iradəsi ilə mümkün olur, beynəlxalq dəstək isə bu iradəni möhkəmləndirən amil rolunu oynayır. Bu yanaşma beynəlxalq praktikada qəbul edilən "prosesə sahiblik" prinsipinə uyğun gəlir.
Abu-Dabinin xüsusi vurğulanması da təsadüfi deyildi. Danışıqların neytral məkanda aparılması və razılaşmaların sonradan rəsmiləşdirilməsi sülhün mərhələli şəkildə formalaşdığını göstərirdi. Zayed Mükafatının təqdim olunması sülh prosesinin başlanğıcı deyil, artıq əldə edilmiş nəticənin beynəlxalq səviyyədə tanınması kimi təqdim edilirdi. Çıxışın ümumi tonu təntənədən uzaq idi və sülh ideoloji şüar deyil, idarə olunan dövlət siyasəti kimi təsvir olunurdu.
Ermənistanın Baş naziri Nikol Paşinyanın çıxışı isə  əsasən daxili auditoriyaya yönəlmişdi. Onun nitqində sülhün "inanılmaz" görünməsi ideyası ön planda idi ki, bu da cəmiyyətdə uzun illər formalaşmış psixoloji baryerin açıq etirafı idi. Sülh texniki razılaşma kimi deyil, çətin və ağrılı, lakin zəruri siyasi-etik seçim kimi təqdim olunurdu. Müharibənin davamının özlüyündə heç bir mənəvi və siyasi dəyər daşımadığı fikri çıxışın əsas xəttini təşkil edirdi. N.Paşinyanın qurban ailələrinə yönəlmiş müraciəti xüsusi diqqət çəkirdi. O, açıq şəkildə etiraf edirdi ki, bu mərasim və mükafat bəzi ailələr üçün uyğun görünməyə bilər. Bu yanaşma nə tarixin inkarı, nə də ağrının kiçildilməsi idi. Əksinə, çıxışda vurğulanırdı ki, keçmiş dəyişdirilə bilməz, lakin keçmişin gələcək siyasətin yeganə meyarına çevrilməsi yeni itkilərə yol aça bilər. Məqsəd yaddaşı silmək yox, gələcək qərarları davamlı zorakılıq dövründən çıxarmaq idi.
Mükafatın dini və mədəni simvolizminə edilən istinadlar Ermənistan üçün sülh prosesinə əlavə mənəvi legitimlik çərçivəsi yaradırdı. İslam və xristian dünyasının ali dini fiqurlarının təşəbbüsü ilə təsis edilmiş mükafat sülhü "təslimiyyət" kimi təqdim edən ritorikanın qarşısını alan ümumbəşəri kontekst yaradırdı. Nobel mükafatı ilə bağlı istinad isə sülhün regional çərçivədən çıxarılaraq qlobal dəyər kimi təqdim edilməsi niyyətini əks etdirirdi.
İki çıxışın tonu və funksiyası fərqli idi. Azərbaycan tərəfi prosesə, nəticələrə və regional sabitliyə fokuslanırdı. Ermənistan tərəfi isə öz cəmiyyətinə müraciət edərək sülhün qaçılmaz və zəruri seçim olduğunu əsaslandırmağa çalışırdı. Risk səviyyələri də fərqli idi. Bu fərq ziddiyyət yox, sülh prosesinin daxili məntiqində tamamlayıcılıq yaradırdı.
Bu çıxışlarda deyilənlər qədər, nələrin bilərəkdən deyilmədiyi də diqqət çəkirdi: tərəflər keçmişin hesabını açmaqdan, günah bölgüsünə getməkdən və qalib-məğlub dili qurmaqdan şüurlu şəkildə yayınaraq sülhü ritorika yox, davamlı siyasi məsuliyyət çərçivəsində təqdim edirdilər.Çıxışlar sülhü qalibiyyət siyasi davranışı kimi deyil, davamlı məsuliyyət kimi təqdim edirdi. Mükafatın ünvanı təkcə liderlər deyildi. Əsas mesaj sülhü qəbul etməyə hazır olan cəmiyyətlərə yönəlmişdi. Sülh "unutmaq" anlamında deyil, yeni itkilərin qarşısını almaq qərarı kimi əsaslandırılırdı.
"Qalib-məğlub" leksikonunun şüurlu şəkildə işlədilməməsi post-münaqişə mərhələsi üçün ölçülü siyasi dili ifadə edirdi. "Qələbə", "məğlubiyyət", "intiqam" kimi anlayışlardan uzaq durulması sülhün davamlılığı baxımından mühüm siqnal idi.
"Biz sülh şəraitində yaşamağı öyrənirik" ifadəsi bu kontekstdə xüsusi məna daşıyır. Sülhün öz-özünə formalaşan bir vəziyyət olmadığı, yalnız silahların susmasının kifayət etmədiyi aydındır. Sülh gündəlik davranış, iqtisadi və logistik əlaqələr, qarşılıqlı maraqlar üzərində qurulur. Müharibədən çıxmış dövlət üçün bu, yetkinlik mərhələsidir.
Beynəlxalq auditoriya üçün verilən mesaj isə aydın idi: onilliklər davam edən münaqişələr dəyişməz taleyə çevrilmir. Sülh yalnız abstrakt ədalət anlayışları üzərində deyil, real siyasi iradə formalaşanda mümkün olur. Böyük güclər vasitəçi rol oynaya bilər, lakin sülhün davamlılığı tərəflərin öz məsuliyyəti olaraq qalır.
Nəticə etibarilə, Abu-Dabidə səslənən çıxışlar sülhün yekun nöqtə deyil, davamlı seçim olduğunu göstərdi. Bu mərasim müharibəni unutdurmur və itkiləri silmir. O, yeni itkilərin qarşısını almaq iddiasını ortaya qoyur. Bəlkə də ən yetkin siyasət məhz budur: keçmişlə yaşamaq yox, gələcəyi qorumaq!!

Əliməmməd Nuriyev

Konstitusiya Araşdırmalar  Fondunun prezidenti




Baxış sayı: 130
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30