Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 3-də Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Ər-Riyadda Krallığın vəliəhdi Məhəmməd bin Salman Əl Səudla görüşüb.
Fact-info.az xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin mövcud vəziyyəti və perspektivləri, xüsusilə energetika, müdafiə sənayesi, investisiyalar, ticarət və texnologiyalar sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə əlaqələrin dərinləşdirilməsi istiqamətində yeni addımlar atmağa qətiyyətli olduğunu bildirib.
Tərəflər regional və qlobal proseslərə də diqqət ayırıblar.
Türkiyə lideri Fələstində humanitar böhranın mümkün qədər tez aradan qaldırılması üçün səylərə hazır olduğunu vurğulayıb, Suriyada sabitliyin və ərazi bütövlüyünün qorunmasının əhəmiyyətindən danışıb.
Prezident Ərdoğan qeyd edib ki, Ankara Suriyanın bərpası məsələlərində Ər-Riyadla əməkdaşlığa hazırdır.
Ayrıca olaraq Yəməndə mövcud vəziyyət və Şərqi Afrika ölkələrində baş verən hadisələr müzakirə edilib, Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında dörd saziş imzalanıb, həmçinin birgə bəyanat yayımlanıb.
Baxış sayı: 145
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
