FACT-INFO.AZ » QHT » ATU-da “Basarkeçər həkimləri” kitabının təqdimatı keçirildi- FOTOLAR
2-02-2026, 10:30 | QHT
ATU-da “Basarkeçər həkimləri” kitabının təqdimatı keçirildi- FOTOLAR

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının konfrans salonunda Qərbi Azərbaycana həsr olunmuş “Basarkeçər həkimləri” adlı kitabın təqdimat mərasimi keçirilib. Tədbirdə Qərbi Azərbaycanın müxtəlif icmalarını təmsil edən ziyalılar, həkimlər və ictimaiyyət nümayəndələri iştirak edərək nəşrin əhəmiyyətindən, Basarkeçər rayonunun tibb sahəsində formalaşdırdığı böyük intellektual potensialdan və bu kimi təşəbbüslərin milli yaddaşın qorunmasında oynadığı roldan bəhs ediblər.

Fact-info.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının konfrans salonunda Qərbi Azərbaycandan bəhs edən “Basarkeçər həkimləri” adlı kitabın təqdimatı keçirildi. Həmin nəşrlə bağlı müxtəlif rəyləri təqdim edirik:

Basarkeçər rayonu Nərimanlı kənd icmasının sədri Şirazi İbrahimov:

“Qərbi Azərbaycan həkimlərinin ilk toplantısı keçirildi. Bu tədbirə bizim bir hədiyyəmiz oldu. Basarkeçər rayonunun 700-ə yaxın həkimi haqqında kitab çap etdirdik. Təxminən 60 minə yaxın əhalisi olan Qərbi Azərbaycanın  Basarkeçər rayonunun böyük potensialı var.  Digər saəhələri demirəm,yalnız  tibb sahəsində 700-dən artıq həkim yetişdirib. “Basarkeçər həkimləri” kitabını biz bir ilə yaxın müddətdə hazırlamışıq.  Kitabın ideya müəllifi  Basarkeçər rayonunun icma sədri, hörmətli akademik Nuru Bayramovdur. Belə toplantılar bizim birliyimizin, tarixi yurd yerlərimizə sevgimizin təzahürüdür. Biz inanırıq ki, dinc şəraitdə o torpaqlarımıza qayıdacayıq”.

Basarkeçər rayon Nərimanlı kənd icmasının gənclər bölməsi rəhbəri Əlvi İbrahimov:

“Bu tədbir həm Qərbi Azərbaycanın Basarkeçər həkimlərinin ilk toplantısı həm də kitabın təqdimatıdır. Azərbaycanın yalnız bir bölgəsinin potensialından söhbət açılır. Basarkeçər rayonu, demək olar ki, bir çox intellektual səviyyəli sahələrdə böyük şəxsiyyətlər yetişdirmişdir. Bu tədbirdə isə böyük zəhmət hesabına  800-dən artıq həkimin məlumatının toplandığı çox dəyərli bir kitab haqqında danışılır. Bizim həkimlərimiz yalnız Azərbaycanda deyil, Almaniyada, Polşada, Rusiyada, Türkiyədə və dünyanın digər ölkələrində çalışırlar. Yüksək səviyyədə hazırlanıb çap olunmuş kitabın mərkəzi kitabxanalara paylanması təşkil olunacaq. Bu yöndə fəaliyyətimizi genişləndirəcəyik”.

 Qərbi Azərbaycan Basarkeçər Pəmbək kənd icmasının sədri Əli Şəbəndəyev:

“Hesab edirəm ki, Qərbi Azərbaycanla bağlı belə tədbirlərin keçirilməsi çox zəruridir. Burada həm kitab təqdim oldu, həm Qərbi Azərbaycandan olan soydaşlarımızla görüşdük. Fikir mübadiləsi apardıq. Qərbi Azərbaycanın potensialını üzə çıxarmaq və tanıtmaq üçün belə tədbirlər çox zəruridir. Biz  əvvələr gənclər təşkilatları vasitəsilə müxtəlif tədbirlər keçirmişik. Həmçinin Qərbi Azərbaycanın icmaları arasında futbol turniri təşkil olunmuşdu. Bütün bu tədbirlər əlaqələrimizin genişlənməsinə, adət-ənənələrimizin qorunub saxlanmasına xidmət edir. O baxımdan bugünkü təqdimatı yüksək dəyərləndirirəm”.

Qərbi Azərbaycan Basarkeçər rayon icma sədrinin müavini, Qarabağ  qazisi Mübariz Quliyev fikirlərini bölüşür:

“Qərbi Azərbaycan ziyalıları haqqında belə kitabın nəşri çox müsbət haldır. Ümumiyyətlə, Qərbi Azərbaycanın intellektual potensialının  həm ölkə daxilində yayılması, həm də dünya ictimaiyyətinə çatdırılması əhəmiyyətli hadisədir. Mən Azərbaycan eşqi ilə yaşayan bir insanam. Müharibə iştirakçısıyam. Biz hər zaman o doğma torpaqlara baxanda kövrəlirdik. Fikirləşirdik ki, həyatdan köçmüş doğmalarımızın qəbrini nə zaman ziyarət edəcəyik. Artıq bizdə bir inam yaranıb ki, dövlətimizin gücü, Ali Baş Komandanın uğurlu siyasəti nəticəsində soydaşlarımız Qərbi Azərbaycana, o yurd yerlərimizə  dinc yolla qayıdacaq. Belə tədbirlər bizim birliyimizə, qayıdışımıza təkan verəcək”.

Fact-info.az





Baxış sayı: 840
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30