FACT-INFO.AZ » XƏBƏR » Qeyri-maddi mədəni irsin qorunması və təbliği layihəsinə start verilib
12-05-2017, 09:25 | XƏBƏR
Qeyri-maddi mədəni irsin qorunması və təbliği layihəsinə start verilib

 

“Folklorçular” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə  “Qeyri-maddi mədəni irsin qorunması və təbliği istiqamətində fəaliyyətin həyata keçirilməsi”  layihəsininin icrasına başlamışdır.

İctimai Birlikdən  Fact-info.az-a verilən məlumata görə, layihənin əsas məqsədi Azərbaycanın mədəniyyət nümunələrinin tanıdılması, qorunması və təbliğ edilməsidir.

Birlik daha əvvəlki layihələrində ölkə daxilində onlarla tədbir həyata keçirmiş, paytaxtda, regionlarda, xüsusilə də, cəbhə bölgəsində folklorun, milli-mənəvi dəyərlərin, vətənpərvərlik hisslərinin təbliği sahəsində əhəmiyyətli işlər görmüşdür. Birliyin işinə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşları, alimləri yaxından köməklik göstərmiş, bütün tədbirlərdə iştirak etmiş, İnstitutun fondundan tədbir iştirakçılarına kitablar, audio disklər hədiyyə etmişlər. “Qeyri-maddi mədəni irsin qorunması və təbliği istiqamətində fəaliyyətin həyata keçirilməsi” layihəsinin icrasına da İnstitutun alimləri ekspert qismində cəlb edilmişdir.

Əsas məqsədi ölkəmizdə folklor ənənələrinin qorunmasına və folklorşünaslığın inkişafına dəstək olan birliyin hazırkı layihəsi 01 may 2017-ci il tarixdən fəaliyyətə başlamış və 2 ay davam edəcəkdir. Layihə çərçivəsində Azərbaycandan başqa, qonşu ölkə Gürcüstanda da tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Bu layihənin bundan sonrakı layihələr silsiləsinin başlanğıcı olması ümid edilir və Azərbaycanın qeyri-maddi mədəniyyət nümunələrinin bütün dünyada, o cümlədən ilkin mərhələdə Avropada tanıdılması planlaşdırılır.

Bilindiyi kimi, Azərbaycanın 7 qeyri-maddi mədəni irs nümunəsi YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, 1 irs nümunəsi Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.

“Qeyri-maddi mədəni irsin qorunması və təbliği istiqamətində fəaliyyətin həyata keçirilməsi” layihəsi çərçivəsində qeyd olunan qeyri-maddi mədəni irs nümunələrinin hər biri haqda qısa sənədli film hazırlanıb bir video diskdə cəmləşdiriləcək. Düşünürük ki, belə disklərin həm ölkəmizdə, həm də xarici dövlətlərdə paylanması Azərbaycan mədəniyyətinin tanıdılması yönündə atılmış böyük addım olar.

 

 

 

 

 

 

     

 

 




Baxış sayı: 1 627
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30