Türkiyənin Ordu şəhərində Böyükşəhər Bələdiyyəsinin mədəniyyət layihəsi çərçivəsində “Metehandan Mehmetçiyə” Türk Dövlətləri Muzeyi açılıb.
Fact-info.az xəbər verir ki, muzeydə yaradılan stendlərdə Türk tarixi xronoloji ardıcıllıqla müxtəlif əsər və eksponatlarla təqdim olunur. Türk tarixində iz buraxmış şəxsiyyətlərin büstləri və tarixi dövrləri əks etdirən əşyalar nümayiş olunur.
Muzey binasının qarşısında tarixən mövcud olmuş 16 Türk dövlətinin qurucu şəxsiyyətlərinin büstləri və sözügedən dövlətlərin bayraqları, habelə Çanaqqala zəfərini əks etdirən türk əsgərlərinin heykəlləri ucaldılıb.
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov “Metehandan Mehmetçiyə” Türk Dövlətləri Muzeyini ziyarət edərək Ordu Böyükşəhər Bələdiyyəsinin idarə heyətinin sədri, eyni zamanda, muzeyin rəhbəri Mimar Nihat Şenlə görüşüb.
Görüş zamanı Türk dünyasının ortaq tarixinə işıq salan muzeydə maraqlı bölmələrin təşkil olunması, tarixi dövrlər üzrə yüksəksəviyyəli guşələrin, eksponatların və heykəllərin yaradılmasının əhəmiyyəti, həmçinin bu tarixin gələcək nəsillərə çatdırılmasında muzeyin mühüm rolu qeyd olunub.
Baxış sayı: 110
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
