Bu qış Ukraynanın enerji mənbələrinin bərpası üçün tam vaxtında edilmiş və son dərəcə vacib yardım və töhfəyə görə Azərbaycana səmimi minnətdarlığımı bildirirəm. Fact-info.az xəbər verir ki, bu sözləri Ukrayna Ali Radasının vitse-spikeri Yelena Kondratyuk deyib.
Yelena Kondratyuk qeyd edib ki, yardım ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycanın Energetika Nazirliyi tərəfindən həyata keçirilib.
“Rusiyanın tammiqyaslı işğalının başlanmasından bəri dost Azərbaycan Ukraynaya ilk dəfə deyil ki, humanitar yardım göstərir. Bərpa və yenidənqurma işlərinə yönəldilmiş dəstək də daxil olmaqla, Ukraynaya göstərilən humanitar yardımın ümumi məbləği artıq 45 milyon dolları ötüb”, – deyə Ukrayna Ali Radasının vitse-spikeri Yelena Kondratyuk vurğulayıb.
Baxış sayı: 140
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
