FACT-INFO.AZ » QHT » Antonio Quterreş: Dünya davamlı mənfi sürprizlər fonunda xaosa sürüklənir
30-01-2026, 11:00 | QHT
Antonio Quterreş: Dünya davamlı mənfi sürprizlər fonunda xaosa sürüklənir

Qlobal gərginliyin artması və düşünülməmiş addımların təhlükəli nəticələrə səbəb olması ilə bağlı xəbərdarlıq edən BMT-nin Baş katibi Antonio Quterreş cümə axşamı 2026-cı il - vəzifə səlahiyyətlərinin son ili üçün prioritetlərini açıqlayıb. O, liderləri sülh, ədalət və davamlı inkişaf sahəsində səylərin yenilənməsinə çağırıb.

Baş katib Nyu-Yorkda jurnalistlərə verdiyi açıqlamada bildirib ki, 2026-cı il “artıq davamlı mənfi sürprizlər fonunda xaos ili olmağa doğru gedir”. İctimai fəaliyyətə başlamazdan əvvəl fizik kimi təhsil almış Quterreş dərin dəyişikliklər dövründə qüvvələrin necə hərəkət etdiyini izah edən sabit prinsiplərə qayıtdığını bildirib. O deyib: “Bunların arasında Nyutonun “Üçüncü hərəkət qanunu” da var ki, burada hər bir hərəkət üçün bərabər və əks reaksiya olduğu bildirilir. Bu il konkret və müsbət reaksiyalar yaradan hərəkətlər seçməyə qərarlıyıq. Problemli dövrümüzdə sülh, ədalət, məsuliyyət və tərəqqi reaksiyaları olduqca vacibdir. Bu gün cəzasızlıq münaqişələrə təkan verir, eskalasiyanı qızışdırır, inamsızlığı artırır. Bu arada, bərabərsizliklərin dərinləşməsi, humanitar yardımın kəsilməsi özünəməxsus zəncirvari reaksiyalar - ümidsizlik, köçkünlük və ölüm halları yaradır”.

Baş katib iqlim dəyişikliyini “Nyuton prinsipinin ən aktual və dağıdıcı nümunəsi” kimi xarakterizə edib və planetin isinməsinin fırtınalara, meşə yanğınlarına, qasırğalara, quraqlığa və dəniz səviyyəsinin qalxmasına səbəb olduğunu vurğulayıb.

Onun sözlərinə görə, dünya, həmçinin dövrümüzün bəlkə də ən böyük güc ötürülməsinə şahidlik edir. Bu, sürətli texnoloji inkişafdır. “Davranışı, seçkiləri, bazarları və hətta münaqişələri formalaşdıran texnologiyalar maneəsiz işlədikdə, reaksiya innovasiya deyil, qeyri-sabitlik istiqamətində olur”, - deyə o xəbərdarlıq edib. Quterreş qeyd edib ki, bu çətinliklər fonunda 80 ildən çox davam edən qlobal problemlərin həlli sistemləri dəyişməlidir: “Strukturlarımız və institutlarımız bu yeni dövrün və reallıqların mürəkkəbliyini və imkanlarını əks etdirməlidir. Qlobal problemlər bir gücün çağırışı ilə həll olunmayacaq. Onlar iki gücün dünyanı rəqib təsir dairələrinə bölməsi ilə də həllini tapmayacaq. Yeganə doğru yol çoxqütblülüyün, inklüziv və tərəfdaşlıq mühitinin yaradılmasıdır, amma bu, təkbaşına sabitliyə və ya sülhə zəmanət vermir. Çoxqütblülüyün tarazlıq, rifah və sülh yaratması üçün bizə legitimliyin ortaq məsuliyyətə və ortaq dəyərlərə əsaslandığı güclü institutlar lazımdır”.

Baş katib BMT-də, cümlədən Təhlükəsizlik Şurasında köklü islahatların zəruriliyini bir daha diqqətə çatdırıb. O bildirib ki, bütün üzv dövlətlər təşkilatın nüfuzunun yenidən artması, onun fəaliyyətinin güclənməsi prosesində fəal iştirak etməlidir.




Baxış sayı: 130
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30