FACT-INFO.AZ » XƏBƏR » Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Özbəkistan hərtərəfli strateji tərəfdaşlığa yönəlib
30-01-2026, 07:30 | XƏBƏR
Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Özbəkistan hərtərəfli strateji tərəfdaşlığa yönəlib

Türkiyə Mərkəzi Asiya ölkələrinin rifahına töhfə verməyə hazırdır. Qəlblərimiz birgə döyündükcə, türk dövlətləri qlobal proseslərə töhfə verməyə davam edəcək. Əminəm ki, Türk dünyası bu əsrdə öz izini qoyacaq.

Fact-info.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə birgə mətbuat konfransında bildirib.

Türkiyə dövlətinin başçısı 2023-cü ilin fevralında ölkədə 53 mindən çox insanın həyatına son qoyan dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılmasına verdiyi töhfəyə görə Özbəkistan rəhbərliyinə və xalqına minnətdarlığını ifadə edib.

O, vurğulayıb ki, Türkiyə və Özbəkistan münasibətləri “hərtərəfli strateji tərəfdaşlıq” səviyyəsinə yüksəltməyə çalışır. “Hər iki ölkənin institutları ümumi siyasi, iqtisadi, mədəni, humanitar və regional məqsədlərə nail olmaq naminə fasiləsiz çalışır. Son illərdə ticarət, müdafiə sənayesi, təhsil və mədəniyyət kimi sahələrdə çoxsaylı birgə layihələr həyata keçirilib”, – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Ankara ilə Daşkənd arasında münasibətlərdə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi istiqamətində yeni addımlar nəzərdə tutulur.

“Son 10 il ərzində Türkiyə və Özbəkistan arasında ikitərəfli ticarət dövriyyəsi üç dəfə artıb. Əminəm ki, qardaş Özbəkistanla əmtəə dövriyyəsi yaxın vaxtlarda ildə 5 milyard dollara çatacaq”, – deyə Türkiyə Prezidenti qeyd edib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə bildirib ki, “Türkiyə dünyada yeni geosiyasi güc mərkəzlərindən birinə çevrilir”.

“Türkiyə təsir imkanlarını getdikcə artırır və bütün sahələrdə mühüm nailiyyətlər qazanır. Bu, yalnız İslam dünyasında deyil, qlobal miqyasda da özünü göstərir”, – deyə Özbəkistan lideri vurğulayıb.




Baxış sayı: 90
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30