FACT-INFO.AZ » MƏDƏNİYYƏT » İstanbulda Türk dünyasının birliyini tərənnüm edən “Koroğlu” klipi çəkilib
29-01-2026, 16:30 | MƏDƏNİYYƏT
İstanbulda Türk dünyasının birliyini tərənnüm edən “Koroğlu” klipi çəkilib

İstanbulda fəaliyyət göstərən “Azərbaycan rüzgarı” qrupu Türk dünyasının birlik və bərabərliyini tərənnüm edən tanıtım videosu hazırlayıb.

Fact-info.az xəbər verir ki, Türkiyədə geniş maraqla qarşılanan layihədə səslənən kompozisiyanın sözləri Azərbaycanın Silahlı Qüvvələrinin polkovniki, şair-dramaturq, publisist və Əməkdar incəsənət xadimi Abdullah Qurbaninin “Koroğlunun Ağdərəyə səfəri” dastanından götürülüb. Əsərin musiqisi isə Azərbaycan Kino Mərkəzinin rəhbəri Musazadə Kəmalə Muradlıya məxsusdur.

Tanıtım filmində Koroğlu obrazını Türkiyənin tanınmış kino və serial aktyoru Yücel Tok canlandırıb.

Qrupun bədii rəhbəri, Türkiyənin Qazi Universitetinin doktorantı, tarzən Pərviz Musayev isə açıqlamasında bildirib ki, “Azərbaycan rüzgarı”nın əsas və gələcək hədəfi türk dövlətləri və türkdilli xalqların musiqi irsini əhatə edən kompozisiyalar hazırlamaq, həmçinin Azərbaycanda və digər türk dövlətlərində konsert proqramları ilə çıxış etməkdir: “Qrup üzvləri xüsusilə Qarabağda və türk dövlətlərinin müxtəlif şəhərlərində səhnəyə çıxmaq istəklərini də ifadə edirlər.

Lakin, layihələrin və fəaliyyətlərin davamlı şəkildə həyata keçirilməsi üçün maliyyə dəstəyinə ehtiyac var. Hazırda “Azərbaycan rüzgarı” qrupunun ayaqda qala bilməsi üçün əlimizdən nə gəlirsə edirik. Öz təşəbbüs və imkanlarımız hesabına fəaliyyətimizi davam etdiririk. Fəaliyyətimizi təkmilləşdirmək üçün bizə dəstək olmaq istəyər hər kəsə, necə deyərlər, qapımız hər zaman açıqdır”.




Baxış sayı: 70
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30