FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Nizami Gəncəvi irsinin dünya ədəbiyyatında öyrənilmə tarixi araşdırılıb
27-01-2026, 19:30 | MƏDƏNİYYƏT
Nizami Gəncəvi irsinin dünya ədəbiyyatında öyrənilmə tarixi araşdırılıb

Ötən il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsinin elmi müəssisələrində 13 problemi əhatə edən 19 mövzu, 20 iş, 24 mərhələ üzrə tədqiqatlar aparılıb və tamamlanıb, 3 mühüm nəticə alınıb. Hesabat ilində AMEA-nın Gəncə Bölməsinin əməkdaşları tərəfindən 2 kitab, 1 monoqrafiya, 2 kitabça, 10-u xaricdə olmaqla 48 məqalə, 14-ü xaricdə olmaqla 84 konfrans materialı dərc olunub, əməkdaşların əsərlərinə beynəlxalq elmmetrik bazalarda 54 dəfə istinad edilib.

Bu barədə məlumat AMEA-nın Rəyasət Heyətinin iclasında dinlənilən Gəncə Bölməsinin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatda yer alıb.

AMEA-nın Media və İnformasiya şöbəsindən verilən məlumata görə, hesabatı təqdim edən bölmənin elmi işlər üzrə sədr müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov bildirib ki, Gəncə Bölməsində “Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi”, “Azərbaycan dilinin inkişaf tarixi”, “Azərbaycan folkloru”, “Azərbaycan ədəbiyyatı tarixi və onun inkişaf mərhələləri”, “Musiqi sənəti”, “Gəncə incəsənətinin araşdırılması”, “Qərb bölgəsinin arxeoloji və etnoqrafik abidələrinin tədqiqi” və “Qərb bölgəsinin tarixi” istiqamətlərində tədqiqatlar aparılaraq mühüm nəticələr əldə olunub.

Əlimuxtar Muxtarov qeyd edib ki, hesabat dövründə AMEA-nın 80 illik yubileyinə həsr edilmiş “Gəncənin elm məbədi”, “Gəncənin elm və incəsənət xadimləri” adlı kitab və monoqrafiyalar çap olunub, “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Məruzələr toplusu kitabı nəşr edilib.

Həmçinin “Nizami Gəncəvi yaradıcılığı Amerika tədqiqatlarında” mövzusu üzrə Nizami Gəncəvi irsinin XV əsrdən başlayaraq dünya ədəbiyyatında öyrənilmə tarixi araşdırılıb, əlyazmaların yayılma coğrafiyası və tədqiqat ənənələri təhlil edilib, dünya şərqşünaslığında Nizami irsinin önəmi, xüsusilə də mənəvi və fəlsəfi fikrin inkişafında rolu tədqiq olunub. Bundan əlavə, Nizami Gəncəvinin milli mənsubiyyəti və yaradıcılığı geniş araşdırılıb.

Eyni zamanda, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, Gəncə dialektində qarışıq tipli mürəkkəb cümlələrin strukturu və istifadəsi tədqiq edilib. Gəncə dialektinin qarışıq tipli cümlələrdə həm tabesiz bağlayıcılar, həm də tabeli bağlayıcılar araşdırılıb. Bu tədqiqatda Gəncə dialektinin xüsusiyyətləri və digər Qərb qrupu dialektləri ilə müqayisəli təhlili aparılıb.

Bundan əlavə, hesabat ilində “Orta əsrlərdə Qarabağda yaşamış və yaratmış mütəfəkkirlər” mövzusu üzrə Qarabağın qadın şairələrinin Qarabağ ədəbi mühitindəki rolu və mövqeyi tədqiq olunub.

“Gəncənin qədim sənətkarlıq növlərinin araşdırılması” işi çərçivəsində Qafqaz Albaniyasının bir hissəsi olmuş Gəncə və onun ətraf ərazilərində qədim dövrlərdən mövcud olan ənənəvi sənətkarlıq sahələrinin, xüsusilə zəngin ənənələrə malik dulusçuluq və misgərlik sənətinin tarixi inkişaf yolu elmi, etnoqrafik tədqiqatlar, arxeoloji ekspedisiyalar və yazılı mənbələrin verdiyi məlumatlar əsasında araşdırılıb. Bu bölgədə saxsı və mis qabların istehsalı sənətkarlığın əsas sahələrindən biri kimi ön plana çıxıb.

Əlimuxtar Muxtarov dövlətimizin başçısının “Konstitusiya və Suverenlik İli”, “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında”, “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında”, “Bəxtiyar Vahabzadənin 100 illiyinin qeyd edilməsi haqqında”, “Seyid Əzim Şirvaninin 190 illik yubileyinin qeyd edilməsi haqqında”, “Fətəli xan Xoyskinin 150 illiyinin qeyd edilməsi haqqında” sərəncamlarından irəli gələrək görülmüş işləri də diqqətə çatdırıb.

 




Baxış sayı: 205
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30