FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Fenomen şəxsiyyət Mahmud ağa Məmmədzadə
27-01-2026, 11:30 | TƏDQİQATLAR-ANALITIKA
Fenomen şəxsiyyət Mahmud ağa Məmmədzadə
XIX əsr Azərbaycan mədəni mühitinin formalaşmasında bir çox musiqiçilərin və onların fəaliyyət göstərdiyi musiqi məclislərinin önəmli rolu olub. Belə görkəmli şəxslərdən biri də adı bütün Qafqazda məşhur olan Mahmud ağa Məmmədzadə idi.
 Mahmud ağa Əhməd ağa oğlu Məmmədzadə 1826-cı ildə Şamaxıda anadan olmuşdur. O, Qafqazda görkəmli musiqi xadimi və sənəti himayə edən bir xeyriyyəçi kimi tanınmışdır. Həmin dövrdə təkcə Azərbaycanın deyil, Qafqazın bütün tanınmış xanəndə və tarzənləri Mahmud ağanın məclisinə toplaşırdılar. Mahmud ağa görkəmli musiqişünas, mahir tar çalan və muğam bilicisi idi. Onun həm də gözəl səsi vardı. Musiqiçinin, öz malikanəsində təşkil etdiyi musiqili gecələrdə tez-tez xanəndələrin müsabiqəsi keçirilirdi. Birinci yeri tutanlara o özü qiymətli hədiyyələr və mükafatlar verirdi.
Mahmud ağanın musiqi məclisinin sədası Qafqazdan uzaqlara da gedib çıxmışdı. Burada yerli musiqiçilərlə birlikdə Tiflis, Qarabağ, İran musiqiçiləri də çıxış edirdilər.
Hacı Hüsü, Məşədi İsi, Bülbülcan, Ərdəbilli Səttar, Sadıqcan, Cabbar Qaryağdı oğlu kimi dövrünün məşhur xanəndələri Mahmud ağanın musiqi məclislərinin ən hörmətli qonaqları idi. Tarixi sənədlərdən məlumdur ki, Mahmud ağanın ən çox hörmət bəslədiyi və tez-tez Şamaxıya dəvət etdiyi xanəndə Hacı Hüsü və tarzən Sadıqcan olmuşdur.
Bundan başqa, Mahmud ağa öz məclislərinə gənc musiqiçiləri də dəvət edərək, onlara klassik Şərq musiqisindən təlim verirdi. Bu məclis bütün Zaqafqaziyada musiqiçilər üçün bir sənətkarlıq məktəbi idi. O zaman Şamaxıda yetişmiş Mirzə Məhəmmədhəsən, Mehdi, Məbud, Şükür, Davud Səfiyarov kimi xanəndələr, Məhəmmədqulu və Humayi kimi tarzənlər Mahmud ağanın yetirmələri olmuşlar.
Bu dövrdə, ümumiyyətlə, Şamaxı musiqi məclisinin şöhrəti çox uzaqlara yayılmışdı. Azərbaycanın hər yerindən istedadını sınamaq istəyənlər Şamaxıya gəlib Mahmud ağa qarşısında öz sənətini nümayiş etdirməyə can atırdı.
O, həmçinin musiqiçilərin qayğısına qalır, onlara maddi kömək göstərirdi. Şamaxı şəhərinin abadlaşdırılmasında da onun müstəsna xidmətləri olmuşdur. Bu dövrdə Şamaxıda Seyid Əzim Şirvaninin başçılıq etdiyi "Beytüs-Səfa" adlı ədəbi məclis də fəaliyyət göstərirdi. Mahmud ağa həmin məclisə də himayədarlıq edirdi. Seyid Əzim Şirvani ilə yaxşı dostluq əlaqələri vardı. Onun sənət aləmində böyük nüfuzu vardı. Bir dəfə Mahmud ağa öz məclisində Aşıq Bilaldan bir saz havası çalıb-oxumağını xahiş edir. Bilalın məlahətli, zil və yanıqlı səsi məclisi başına götürür. Həmin havanın yeni olduğunu duyan məclis iştirakçıları ondan havanın adını soruşurlar. O isə "bu yaxınlarda bəstələdiyim "Mahmud ağa gəraylısı"dır" deyir...
Mahmud ağanın şöhrət qazanmış məclisləri
Bundan başqa, XIX əsrin II yarısında Şamaxıya qonaq gələn bir çox səyyahlar Mahmud ağanın evinə düşürdülər. Fransız yazıçı Aleksandr Dümanın, rus rəssam knyaz Qaqarinin və başqalarının bu haqda məlumatları maraq doğurur. A.Düma Şamaxıda mesenat Mahmud ağa Əhməd ağa oğlunun qonağı olduğunu qeyd edir. Fransız A.Düma kimi, rus etnoqraf və səyyah İ.Yevlaxov, Peterburq Rəssamlıq Akademiyasının prezidenti, məşhur rus rəssamı, knyaz Q.Q.Qaqarin də belə gecələrin qonağı olmuş, öz xoş təəssüratlarını xatirə və əsərlərində qələmə almışlar.
Mahmud ağanın 1858-ci il noyabrın 24-də A. Dümanın şərəfinə təşkil etdiyi ziyafətdə rəqs edənləri (iki xanım və qız paltarı geymiş bir oğlan) 5 musiqiçi müşayiət edirdi. A.Düma qeyd edir: "Bazarda gəzərkən zəngin Şamaxı tatarı Mahmud bəydən dəvət aldıq: o, bizi fars şam yeməyinə və rəqqasələrlə gecəyə çağırdı. Şamaxı rəqqasələri nəinki Şirvanda, eyni zamanda bütün Qafqazda əvvəlki şöhrətini saxlamışdılar.
...Bizə çoxdan iki xidməti eyni zamanda göstərən bu gözəl kahinələrdən bəhs etmişdilər. Biz Mahmud bəyin evinə gəldik. Onun evi Dərbənddən Tiflisə qədər gördüyüm heyranedici fars evlərindən biri idi. (Düma romanında "azərbaycanlılar" terminini bəzi yerlərdə "farslar" adlandırır).
...Biz Şərq zövqündə bəzədilmiş zala daxil olduq. Sadə, eyni zamanda zəngin bəzəkləri qələmlə ifadə etmək çətindir. Bütün qonaqlar qızılı güllərlə bəzədilmiş tül üzlü atlas yastıqların üstündə oturmuşdu. Yastıqüzü ən əlvan rənglərə qəribə zəriflik verirdi. Zalın axırında böyük pəncərə uzunluğunda üç rəqqasə və beş musiqiçi oturmuşdu. Təbii ki, belə ənənəvi rəqsi xüsusi musiqi müşayiət etməli idi.
...Musiqi çalındı. Orkestr iki yerə bölünmüş böyük yumurtaya bənzər və dəmir ayaqlarda dayanan barabandan, bizim dəfə bənzər qavaldan, qədim fleytaya bənzər alətdən, metal simli, lələklə çalınan mandolinalar və nəhayət, dəmir ayaqda, sol əldə hərəkət edən kupu olan çonqurdan ibarət idi. Maraqlıdır ki, çonqur özü simlərlə yayın üzərindən aparır, əksinə, yox. Bütün bunlar şiddətli, çox da melodik olmayan, ancaq olduqca orijinal səs çıxarırdı.
...Şərq rəqsi hər yerdə eynidir. Mən onu Əlcəzairdə, Tunisdə, Tripolidə, Şamaxıda görmüşəm. O, hər yerdə bu ya digər dərəcədə ayaqları yerə vurmaqdan, müxtəlif dərəcədə ifadəli bel hərəkətlərindən ibarətdir. Nisədə (Mahmud bəyin gecəsində olan rəqqasələrdən biri) bu hərəkətlər mükəmməl idi".
Məşhurların ziyarət yeri
Bu dövrdə Qarabağın məşhur qadın şairi Xurşudbanu Natəvan Bakı və Şamaxı məclisləri ilə mütəmadi əlaqə saxlayırdı. Tarixi sənədlər Xan qızının Bakıda və Şamaxıda səfərdə olarkən bu musiqi məclisləri ilə maraqlandığını göstərir. Belə sənədlərdən biri Ağalar bəy Əliverdibəyovun əlyazmasıdır: "Qarabağın məşhur xanəndələri Hacı Hüsü və Məşədi İsi 1884-cü ildə Mahmud ağanın hüzuruna gəlib, aylarla orada qalmışlar. Mahmud ağa məşhur Şamaxı xanəndəsi Məhəmmədhəsənin musiqi müəllimi olub... İbrahim xanın nəvəsi Xurşudbanu bəyim Natəvan Qarabağdan Bakı şəhərinə səfər edərək, Mahmud ağanın ziyarətinə gəlməyi özünə vacib bilib, onun görüşünə gəlib, bir neçə gün onunla müsahibədə bulunmuşdu".
Mahmud ağanın məclislərinin şöhrəti ilə bağlı Ruqiyyə Rzayeva "Mirzə Fərəc haqqında xatirələrim" məqaləsində yazır: "Şamaxıda dövlətli və alicənab şəxs olan Mahmud ağa Əhməd ağa oğlu Məmmədzadənin təşkil etdiyi xüsusi musiqi məclisi yığıncağı da vardı. Bu məclisin əhəmiyyəti onda idi ki, o, xanəndə və sazəndələr üçün geniş yarış meydanına çevrilmişdi. Hər musiqiçi ora ayaq basa bilməzdi. Mahmud ağa muğamlara çox yaxşı bələd idi. Ona görə də hər sənətkarın qiymətini düzgün verə bilirdi. Odur ki, onun musiqi məclisinə ancaq yüksək musiqi mədəniyyətinə malik olan bacarıqlı, bilici, istedadlı musiqiçilər gedərdilər. Mirzə Fərəc öz qüvvəsinə və sənətkarlığına inandığı üçün bu dəvətnaməni qəbul edir. O, bu məclisdə oranın daimi üzvü olan məşhur xanəndə Mirzə Məhəmməd Həsənlə birlikdə çıxış edir. Tarzənin özünün tərtib etdiyi proqramdan əlavə, məclisdə olan mötəbər qonaqların arzuladığı musiqini, muğamları çalmalı idi. Mirzə Fərəc bu imtahandan qürurla çıxır. Mahmud ağa onun ifasına yüksək qiymət verir. Bir neçə gün qonaq saxlayıb sonra hörmətlə yola salır".
Mahmud ağa Əhməd ağa oğlu Məmmədzadə 1896-cı ildə vəfat etmişdir.
Rəfail Tağızadə



Baxış sayı: 415
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30