FACT-INFO.AZ » QHT » Ötən il fundamental tədqiqatların əksəriyyəti Qarabağ bölgəsi ilə bağlı olub
27-01-2026, 11:00 | QHT
Ötən il fundamental tədqiqatların əksəriyyəti Qarabağ bölgəsi ilə bağlı olub

AMEA-nın Rəyasət Heyətinin iclasında Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib. 

Fact-info.az xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Bölmədə 2025-ci il üzrə əldə olunan nailiyyətləri əks etdirən sərginin FRTEB-in həyata keçirdiyi əhəmiyyətli layihələr, elmi tədqiqat işləri və əldə olunan mühüm elmi nəticələr barədə dolğun və aydın təsəvvür yaratdığını, Bölmədə fəaliyyət göstərən alim və mütəxəssislərin ölkə elminin inkişafına mühüm töhfələr verdiyini vurğulayıb.
AMEA rəhbəri Bölmənin ötən il üzrə fəaliyyəti ilə bağlı mühüm məqamlardan birinin Springer və digər nüfuzlu beynəlxalq bazalarda nəşr olunan kitab və məqalələrin sayının artması olduğunu söyləyib, bu istiqamətdə əldə olunan uğurların beynəlxalq elmi mühitə inteqrasiya baxımından böyük önəm daşıdığını qeyd edib. O, həmçinin Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının “Azərbaycan Astronomiya Jurnalı”nın Scopus elmmetrik bazasına daxil olmasını bütövlükdə Bölmənin mühüm nailiyyəti kimi qiymətləndirib.

“2025-ci ildə fundamental və tətbiq xarakterli tədqiqatların əksəriyyəti Qarabağ bölgəsində aparılan bərpa və inkişaf prosesləri ilə bağlıdır”, – deyən akademik İsa Həbibbəyli bu istiqamətdə həyata keçirilmiş işlərin və innovativ layihələrin regionun dayanıqlı inkişafına, infrastrukturun bərpasına və sosial-iqtisadi proseslərin elmi əsaslarla qurulmasına xidmət etdiyini vurğulayıb.

Bölmə üzrə gənc tədqiqatçıların fəaliyyətini xüsusi qeyd edən akademik İsa Həbibbəyli gənc alimlərin elmi prosesə fəal cəlb olunmasını müsbət hal kimi dəyərləndirib. Bölmədə həyata keçirilən gənclər siyasətinin məqsədyönlü və sistemli xarakter daşıdığını, yüksəkixtisaslı peşəkar kadrların yetişdirilməsi və onların dünya elminə inteqrasiyası istiqamətində mühüm nəticələrin əldə edildiyini vurğulayıb.
Daha sonra Bölmənin hesabatı dinlənilib.




Baxış sayı: 95
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30