Azərbaycanda sənədsiz evlərin sayı 500 mindən çoxdur və bu istiqamətdə aparılan müzakirələrin uğurla nəticələnəcəyi gözlənilir. Bu proses maliyyə-bank sektoru, xüsusilə də sığorta sahəsi üçün ciddi imkanlar yarada bilər.
Bu fikirləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı "InsurTech" adlı dərs vəsaitinin təqdimat mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 500 min sənədsiz evin ümumi bazar dəyəri təxminən 50 milyard manat təşkil edir:
"Hesab edirəm ki, real rəqəmlər bundan da böyükdür. Təsəvvür edin ki, bu qədər məbləğ maliyyə-bank sektoru, xüsusən də sığorta sahəsi üçün nə qədər geniş imkanlar açır".
Qeyd edək ki, "InsurTech" adlı dərs vəsaiti İİTKM, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Sığortaçılar Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində hazırlanıb və sığorta sahəsində innovativ yanaşmaların təşviqini hədəfləyir.
Baxış sayı: 135
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
