FACT-INFO.AZ » XƏBƏR » Sədəflidə görüş keçirildi
23-01-2026, 20:30 | XƏBƏR
Sədəflidə görüş keçirildi

Qobustan RİH-nin başçısının növbəti səyyar görüşü Sədəfli kəndində keçirildi. Tədbirdə sakinlərlə yanaşı rayonun əlaqədar təşkilatlarının məsul işçiləri də iştirak edirdi. Qobustan rayon İHB-nın Bədəlli kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəsi Vüqar Həsənov çıxışında bildirdi ki, nümayəndəlik Üzümçü qəsəbəsini və Bədəlli, Sədəfli kəndlərini əhatə edir. Bu kənd də 388 nəfər əhali qeydiyyatda olmaqla , 93 təsərrüfatda birləşir. Kəndin ümumi ərazisi 1268 ha-dır. Ondan 322 ha əkini yararlı sahə, 936 ha isə örüş yeridir. Əhali əsasən heyvandarlıq və əkinçiliklə məşğuldur. Kənd sakinləri getdikcə istər iribuynuzlu, istərsə də xırdabuynuzlu heyvanların sayını artırır. Çünki yerli şərait buna imkan verir. Payızda 120 ha sahəyə buğda ,172 ha sahəyə arpa əkilmişdir. Ziyanvericilərə qarşı mütəmadi mübarizə aparılmışdır. 

Bədəlli-Sədəfli yolunun kənarında qurumuş ağacların yerinə 720 ağac əkilmişdir.Onlara da daima qulluq göstərilir. Kənddə ümumi orta ümumtəhsil məktəbi və kitabxana vardır. Sakinlərə Bədəlli kənd həkim məntəqəsinin və Rayon Mərkəzi Xəstəxanasının işçiləri tərəfindən tibbi xidmət göstərilir.

Hörmətli Prezidentimiz İlham Əliyevin Qobustan rayonuna qayğısı və rayon rəhbərliyinin yaxından köməkliyi nəticəsində Vətən Müharibəsi Qəhrəmanı Elyar Arif oğlu Vəliyevin doğulub boya-başa çatdığı Sədəfli kəndi artıq müasir kəndlər sırasındadır. Rayonun əksər kəndlərində olduğu kimi bu kənd də fasiləsiz su xətti ilə təmin olunmuş, işiq, qaz, internet tərəfindən heç bir narazılıq yoxdur. Göstərilən bu diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident  Mehriban  Əliyevaya kənd sakinləri adından minnətdarlığımzı bildiririk. Bu işlərin həyata keçirilməsində hörmətli başçı Sizin əməyinizi də yüksək qiymətləndiririk.Kənd sakinləri elə bir problemin olmadığını ümumi şəkildə bildirdilər Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov görülmüş işlərə öz münasibətini bildirdi.

Demək olar ki, artıq Sədəfli kəndində asfatlanma işi tam başa çatdırılmışdır. Nümayəndənin çıxışından eləcə də sakinlərin ifadələrindən bəlli oldu ki, elə bir problem yoxdur. Həqiqətən, Bədəlli, Sədəfli yolunun  kənarında xeyli ağac əkilmişdir. Verilən məlumata görə, həmin ağacların bir hissəsi susuzluqdan qurumuşdur. Ona görə də bu barədə rayonun su təsərrüfatı ilə məşğul olan işçilərinə ciddi tapşırıq verirəm. Mən həmişə bildirmişəm ki, bütün işlər zəhmət tələb edir. Ona görə də həmişə zəhmətkeş insanların tərəfindəyəm.

Kənd yolunun kənarında ağacların əkilməsində və bir çox problemlərin həll  olunmasında kənd sakinləri- Haci Arifin və Qubat kişinin əməyi yüksək qiymətləndirirəm. Kəndin kabelləşmə işi də ön plandadır. Nümayəndəliyə daxil olan Bədəlli kəndində göstərilən işlərin ləng həyata keçirildiyi bildirildi. Sədəfli kəndində bundan sonra da görüləcək işlər barədə əlaqədar təşkilatların rəhbərlərinə başçı tərəfindən tapşırıqlar  verildi.

Tədbirdə kənd sakini Qubat kişi kənddəki köhnə və istifadəsiz qalmış bir tikilinin  öz vəsaiti hesabına sökülüb yenidən geniş formada inşa edilərək, kənd sakinlərinin öz yığıncaqlarını keçirmək üçün onların ixtiyarına verilməsini bildirdi. Qəhrəmanımızın atası Hacı Arif Vəliyev də bu işdə ona dəstək olacağını bildirdi. Tədbir iştirakçıları görüləcək bu xeyirxah işi ürəkdən alqışladılar.

  Məhəmməd Bayramov
    Qobustan rayonu




Baxış sayı: 550
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30