FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » “Yaxın Şərqdə erməni diasporu” adlı kitab
23-01-2026, 19:30 | TƏDQİQATLAR-ANALITIKA
“Yaxın Şərqdə erməni diasporu” adlı kitab

Yanvarın 23-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) Mərkəzin aparıcı məsləhətçisi Lalə Xəlilzadənin müəllifi olduğu “Yaxın Şərqdə erməni diasporu: tarixi, dini, siyasi, mədəni, media, təhsil və sosial fəaliyyətləri” adlı kitabın təqdimatı keçirilib. Fact-info.az  xəbər verir ki, tədbirdə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Mərkəzin 2019-cu ildən etibarən erməni diasporunun dünyanın müxtəlif bölgələrində, xüsusilə Fransa, Argentina və Rusiyada fəaliyyəti, təşkilatlanma mexanizmləri və dövlət strukturlarına təsir imkanları ilə bağlı araşdırmalar dərc etdiyini bildirib.

Sülh Şurasının yaradılması ilə bağlı gündəmdə olan aktual məsələlərə toxunan Fərid Şəfiyev qeyd edib ki, erməni diasporu bu istiqamətdə də destruktiv mövqeyi ilə seçilir. Onun sözlərinə görə, Amerika Erməni Milli Komitəsi (ANCA) Ermənistan hökumətinin Sülh Şurasına qoşulması məsələsinə dair açıq narazılıq nümayiş etdirərək, diasporun bu təşəbbüslərə təsir göstərmək səylərini ortaya qoyub.

BMTM-in İdarə Heyətinin üzvü Cavid Vəliyev çıxışında bildirib ki, erməni diasporu əsasən üç böyük coğrafiyada - Avropa, Amerika və Yaxın Şərqdə güclü təşkilatlanmaya malikdir. O vurğulayıb ki, erməni kilsələri və mədəni təşkilatları bir ölkədə əldə etdikləri təcrübəni digər ölkələrdə də tətbiq ediblər. Cavid Vəliyevin sözlərinə görə, erməni təşkilatlarının fəaliyyətinin genişlənməsinin əsas səbəblərindən biri dövlətçiliyə malik olmadıqları üçün hüquqi məsuliyyətdən kənarda qalmalarıdır. Bu təşkilatlar tez-tez üçüncü tərəflərin əlində alətə çevrilib, böyük güclər arasında münasibətlər normallaşdıqdan sonra isə daha dağıdıcı fəaliyyətlərə meyil göstəriblər. C.Vəliyev, həmçinin qeyd edib ki, erməni təşkilatlarında yalnız Azərbaycana və Türkiyəyə qarşı deyil, eyni zamanda, öz daxili qrupları arasında da şiddətə meyil müşahidə olunub.

Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi şöbəsinin müdiri Fərda Əsədov kitabda metodoloji yanaşma və strukturun, eləcə də materialların ölkələr üzrə sistemli və informasiya blokları şəklində təqdim olunmasının nəşrin elmi dəyərini artırdığını bildirib. Onun sözlərinə görə, araşdırma erməni diasporlarının yaşadıqları ölkələrin cəmiyyətinə inteqrasiyasını və milli şüurun təkamülünə təsirlərini də təhlil edir.

Kitabın müəllifi, BMTM-in aparıcı məsləhətçisi Lalə Xəlilzadə bildirib ki, araşdırmada Yaxın Şərqdə erməni icmasının ən geniş yayıldığı beş ölkə - Livan, Fələstin, Suriya, Misir və İordaniya üzrə erməni diasporunun tarixi konteksti, əsas siyasi, ictimai və mədəni fəaliyyət istiqamətləri, təsir dairələri və potensial imkanları təhlil edilib.

Müəllif qeyd edib ki, tədqiqatın mühüm istiqamətlərindən birini erməni diasporunun media fəaliyyəti təşkil edib. Belə ki, adıçəkilən ölkələrdə yaşayan erməni icmalarının nəşr etdikləri kitablar, jurnallar və qəzetlər, xüsusilə Qarabağ müharibəsi dövründə ərəbdilli auditoriyaya yönəlmiş təbliğat kampaniyaları və qondarma “erməni soyqırımı” ilə bağlı yayılmış məlumatlar əhatəli şəkildə təhlil olunub. Bu məqsədlə araşdırmada ərəb dili ilə yanaşı, türk, ingilis, rus, erməni, alman və fransız dillərindəki mənbələrdən də istifadə edilib.

Qeyd edək ki, nəşr Azərbaycanın ərəb ölkələri ilə münasibətlərinin tarixi və gələcəyi, həmçinin erməni diasporu mövzuları ilə maraqlanan tədqiqatçılar üçün mühüm mənbədir.




Baxış sayı: 95
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30