FACT-INFO.AZ » SİYASƏT » Amerikalı konqresmenlər 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat veriblər
22-01-2026, 10:30 | SİYASƏT
Amerikalı konqresmenlər 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat veriblər

Amerikalı konqresmenlər Stiv Kohen və Robert Aderholt 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı bəyanat veriblər.

Fact-info.az xəbər verir ki, Nümayəndələr Palatasının Tenesse ştatından olan üzvü Stiv Kohen bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə təxminən 26 min sovet qoşunu tanklar və digər zirehli texnikalarla paytaxt Bakıya basqın edərək mülki əhaliyə qarşı hücuma keçib. O qeyd edib ki, sovet qüvvələri günahsız azərbaycanlıları ağır texnikanın altında əzib, qadınlar və uşaqlar da daxil olmaqla dinc əhaliyə atəş açıb. Bu qəddar hərəkətlər nəticəsində 147 nəfər həlak olub, təxminən 800 nəfər yaralanıb, 841 nəfər həbs edilib və 5 nəfər itkin düşüb.

Konqresmen əlavə edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) 1992-ci il fevralın 28-də Azərbaycanın müstəqilliyini tanıyan və diplomatik münasibətləri tam quran ilk ölkələrdən biri olub. Strateji müttəfiqlər olan ABŞ ilə Azərbaycan bu gün regionda və qlobal miqyasda ortaq maraqları bölüşürlər.

“Konqresin Azərbaycan qrupunun həmsədri olaraq, həmkarlarımı Azərbaycan xalqının müstəqilliyə doğru atdığı addımlar uğrunda verdiyi qurbanları qəbul etməyə və bir çox azərbaycanlının həyatını fəda etdiyi demokratik dəyərlərə yenidən sadiq qalmağa çağırıram”, - deyə o əlavə edib.

Alabama ştatından olan Nümayəndələr Palatasının üzvü Robert Aderholt isə bəyanatında bildirib ki, dost və tərəfdaş olan Azərbaycan Respublikası Qara Yanvarın 36-cı ildönümünü qeyd edir və bu dövr Azərbaycan üzərində sovet hakimiyyətinin sonunun başlanğıcını simvolizə edir. O əlavə edib ki, bu faciədən 36 il sonra, Azərbaycan bu ili müstəqilliyini qazandıqdan bəri davamlı sülhün ilk ili kimi qeyd edir.

“Amerika Prezidentinin köməyi ilə Ermənistan-Azərbaycan münaqişəsinin sona çatması region üçün dönüş nöqtəsi olacağını vəd edir. Həmkarlarımdan Azərbaycanda Qara Yanvar hadisələrini anmaqda və azadlıq uğrunda həlak olanların xatirəsini yad etməkdə mənə qoşulmalarını xahiş edirəm. Bundan əlavə, dostumuz və tərəfdaşımız arasında sülhün və rifahın təmin edilməsi üçün gördüyü işlərə görə Prezident Donald Trampa təşəkkür etməkdə mənə qoşulmağınızı xahiş edirəm. Amerika Birləşmiş Ştatları Azərbaycan xalqı və onun azad yaşamaq hüququnu dəstəkləməyə davam edir”, - deyə konqresmen vurğulayıb.

Hər iki bəyanatın mətni ABŞ Konqresinin saytında dərc olunub.




Baxış sayı: 110
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30