FACT-INFO.AZ » AKTUAL » Suriyada separatizm sabitliyi pozmaqla bərabər dövlət üçün ciddi təhdid idi
22-01-2026, 14:00 | AKTUAL
Suriyada separatizm sabitliyi pozmaqla bərabər dövlət üçün ciddi təhdid idi
Bu vaxta qədər bəzi dövlətlərin dəstəyi nəticəsində Orta Şərqdə terror təşkilatlarının geniş fəaliyyəti acı reallıqdır. Heç şübhəsiz ki, həmin başıpozuq silahlı qüvvələr Suriyada sabitliyə, Əsəddən sonrakı dönəmdə dövlət quruculuğuna ciddi əngəl idi. Nəhayət ki, Türkiyənin diplomatik səyləri nəticəsində ABŞ Suriyadakı kürd qruplaşmalarından ibarət olan SDQ-yə dəstəyini dayandırdı.
Xatırladırıq ki, həmin qruplaşma Suriyanın 30 faiz ən zəngin ərazilərinə nəzarət edərək yeni formalaşan hökumətə tabe olmurdu. Bu da adıçəkilən ölkənin həm suverenliyinə qəsd olmaqla bərabər, çox zəngin iqtisadi resurslardan məhrum etmişdi. Dünyanın istənilən ərazisində o cümlədən Suriyada separatizm sabitliyi pozmaqla bərabər dövlət üçün ciddi təhdid idi.
Yeni proseslərə aydınlıq gətirən ABŞ-ın Ankaradakı səfiri Tom Barrak deyib: “ABŞ-SDQ tərəfdaşlığı həmişə taktiki olub, heç bir mərkəzi hökumət mövcud olmadığı zaman İŞİD-i məğlub etmək üçün qurulub. Bu missiya əsasən başa çatıb. Suriyanın artıq tanınmış mərkəzi hökuməti var”.
Artıq ABŞ reallığı düzgün dəyərləndirib separatizmə dəstəyini dayandırdı. Bu, Suriya üçün həlledici məqamdır.
Suriya Prezidenti Əhməd Şaraa öz növbəsində ölkənin şimal-şərqi ilə bağlı yeni fərmanı imzaladı. Həmin sənəddə SDQ (SDF) strukturlarının faktiki olaraq ləğvini və bu qüvvələrin fərdi qaydada Suriya ordusuna inteqrasiyası nəzərdə tutulur.
Təbii ki, belə önəmli prosesə müqavimət göstərmək istəyənlər var. Xüsusilə İsrailin dəstəyi ilə Suriyaya qarşı təhdidlərin davam etməsi mümkündür. Amma görünən odur ki, ABŞla Türkiyə arasında davam edən intensiv danışıqlar müsbət nəticələrini verir. Biz siravi Azərbaycan vətəndaşı olaraq Orta Şərqdə, o cümlədən Suriyada sabitliyin bərqərar olmasının tərəfdarıyıq. Həmin ölkədə uzun illərdir ki, bir çox xalqlarla bərabər türkmən qardaşlarımız da qanlı toqquşmalardan əziyyət çəkir.
Əkrəm Bəydəmirli



Baxış sayı: 160
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30