FACT-INFO.AZ » İQTİSADİYYAT » Davosdan verilən mesajlar
21-01-2026, 15:00 | İQTİSADİYYAT
Davosdan verilən mesajlar

Bu il yanvarın 19-da İsveçrənin Davos şəhərində Davos Dünya İqtisadi Forumunun 56-cı illik toplantısı başlayıb.Toplantı yanvarın 23-dək davam edəcək. Davos Dünya İqtisadi Forumunun budəfəki mövzusu "Dialoq Ruhu" kimi müəyyən edilib.Toplantıda 65 dövlət və hökumət başçısı, eləcə də beynəlxalq təşkilatların rəhbərləri, aparıcı biznes və maliyyə qurumlarının nümayəndələri bir araya gələrək qlobal iqtisadiyyat, geosiyasi proseslər, süni intellekt,iqlim dəyişikliyi və sair bu  kimi məsələləri müzakirə edirlər.Davos Forumunun müzakirələrində  2026-cı il üçün beş müəyyənedici sual əsas yer tutur:  
      1.Getdikcə rəqabətli dünyada necə əməkdaşlıq edə bilərik? 
      2.Yeni artım mənbələrini necə aça bilərik? 
      3.İnsanlara necə daha yaxşı investisiya qoya bilərik?
      4.Miqyaslı və məsuliyyətli şəkildə necə innovasiya edə bilərik? 
      5.Planet hüdudları daxilində necə rifah qura bilərik?
       Davos Dünya İqtisadi Forumunun 56-cı illik toplantısındakı müzakirələrdə müasir dünyanın çağırışlarına,eləcə də 2026-cı il üçün beş müəyyənedici suala münasibətdə  qlobal və regional kontekstlərdə mesajlar verilməyə başlayıb.Həmin mesajlar arasında  Azərbaycan prezidenti İlham Əliyevin  yanvarın 20-də Davosda "Euronews" televiziyasına verdiyi müsahibədə səslənən məsələlər də xüsusi yer tutur.Bu müsahibədə toxunulan məsələlər və verilən mesajlar sürətlə dəyişən və proqnozlaşdırılması mümkün olmayan yeni dünya düzənində Azərbaycanın yeri və rolu,qlobal və regional kontekstdə gözləntilər,eləcə bir sıra məqamlarına görə Davos Forumunda müzakirələrdə  2026-cı il üçün beş müəyyənedici sual kontekstində də diqqətçəkəndir.
   

Prezident İlham Əliyev müsahibədə öncə Azərbaycanın ərazi bütövlüyünün bərpası və  və süvernliyinin təmin etməsinə münasibətdə  bir daha nəzərə çatdırıb ki, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası beynəlxalq hüququn tanıdığı legitim haqlar əsasında beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun reallaşdırıb.  
    Prezident son vaxtlar beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklərdən danışarkən xüsusi vurğulayıb ki, yeni eraya qədəm qoyan beynəlxalq münasibətlərin bugünkü  vəziyyətini qanunun aliliyi deyil, güc qaydası idarə edir. Bu,"bir daha göstərir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu." 

Bu cavab bir mesajdır ki,dünyanın  qanunların aliliyindən  daha çox gücün aliliyi dövrünə qədəm qoyduğu hazırkı şəraitdə  ən optimal yol hər bir ölkənin  ilk növbədə öz potensialına güvənməsi,öz strategiyasını milli maraqlarına uyğun qurması, həm mənsub olduğu bölgədə,həm də  geniş anlamda ölkələrlə qarşılıqlı hörmət və qarşılıqlı faydalılıq prinsipləri əsasında yaxşı münasibətlər qurmaqdır.      

Prezidentin müxbirin Azərbaycanın qonsusu  İranda  cərəyan edən hadisələrlə bağlı sualını cavablandırarkən bildirib ki,"Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir. Azərbaycana gəldikdə, bizdə ölkə daxilində potensial risklər mövcud deyil.Bütün potensial risklər kənardan qaynaqlana bilər. Bu səbəbdən biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük. Biz İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq. Bizim üçün regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. Biz işğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur." 

Müsahibənin çox vacib məqamlarından biri də Cənubi Qafqazda yaranmış yeni reallıqlarla bağlıdır. Azərbaycan prezidenti müxbirin "Cənubi Qafqazda risk ilə imkanlar arasında cari tarazlığı necə dəyərləndirirsiniz" sualına cavab olaraq bildirib ki, "Bu gün Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur. Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir.Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq. Bundan əlavə, biz Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların,ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur.Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə biz Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq."  

Azərbaycan Vətən müharibəsində və bir günlük antiterror əməliyyatı zamanı mümkünsüz görünən nəticələr əldə etdidiyi kimi, postmüharibə dövründəki səyləri nəticəsində də bir zamanlar mükünsüz görünən nəticələr seriyasını davam etdirir.Azərbaycanın ərazi bütövlüyünün bərpası və süverenliyin təmin olunması uğrunda mübarizədəki möhtəşəm qələbəsi sayəsində yaratdığı yeni situasiyada Cənubi Qafqazda uzun illər tətbiq edilən təsir rıçaqları artıq öz təsir gücünü itirib,diqtə olunan köhnə qaydalar da artıq işləmir.Bu kontekstdə ötən ilin avqustunda Vaşinqtonda imzalanan Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş yaşadığımız bölgənin gələcək geosiyasi mənzərəsini şəkilləndirməsi baxımından mühüm əhəmiyyət kəsb edir.Vaşiqton razılaşmasnda nəzərdə tutulanların sistemli şəkildə həyata keçirilməsi Cənubi Qafqaza münasibətdə məkrli ssenarilərə əsaslanan siyasətin kitabını bağlayıb, regionumuz üçün dayanıqlı sülh və sabitliyə dair yeni kitabda yeni səhifələr açıb. Azərbaycan beynəlxalq münasibətlər sistemində yeni orbitə çıxır. Bütün bunlar göstərir ki,Azərbaycan prezidentinin Cənubi Qafqazda yaranmış yeni reallıqlar kontekstində  Azərbaycan-Ermənistan münasibətləri barədə söylədikləri   bütün dünyaya mesajdır ki,  Azərbaycanın siyasi, iqtisadi və digər sahələrdə atdığı addımlar qalib dövlət olaraq Cənbu Qafqazda yaratdığı yeni situasiyadan yaşadığımız regionun tərəqqisi naminə bütün region dövlətlərinin faydalanmasını istəyir və bu əsasda Azərbaycan-Ermənistan münasibətlərində dayanıqlı sülhə,qarşılıqlı faydalı əməkdaşlığa  və uzunmüddətli sabitliyə üstünlük verir.Bu yanaşma  öz öptimallığı, mütərəqqiliyi ilə yanaşı,həm də bütün ölkələrin regional sabitliyə və təhlükəsizliyə töhfə verməsinin zəruliyi  baxımından da  mühüm əhəmiyyət kəsb edir".


Əli Məsimli
Milli Məclisin deputatı




Baxış sayı: 145
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Bu gün, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Bu gün, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Bu gün, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031