Ərəb dilində yayımlanan “agnaden”, “eltashira”, “wwnewss”, “elalmelarby”, “alharir”, “alekhbarya” və digər elektron xəbər portallarında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı məqalələr dərc edilib.
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, diaspor rəhbəri, tədqiqatçı-alim Seymur Nəsirovun müəllifi olduğu yazılarda Qanlı Yanvar hadisələrinin tarixi barədə məlumat verib. Bildirib ki, ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi bu faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri insanlığa, humanizmə qarşı törədilən cinayətdir.
Diaspor rəhbəri misirli alim Şeyx Məhəmməd əl-Qəzalinin “əl-Həqq əl-Murr” (“Acı həqiqət”) kitabında xalqımıza qarşı törədilmiş bu qırğın barədə geniş yazıldığını diqqətə çatdırıb. Vurğulanıb ki, müəllif kitabda 1990-cı il 20 Yanvar faciəsində azərbaycanlılara qəddarcasına divan tutulduğunu diqqətə çatdırıb, Azərbaycan xalqının o zaman beynəlxalq ictimaiyyət tərəfindən ikili standartlara məruz qaldığını yazıb.
Eyni zamanda, S.Nəsirov 20 Yanvar hadisələri ilə 1919-cu illərdə müstəqillik tələb edən Misir xalqına qarşı törədilmiş qanlı faciə arasında paralellər apararaq onların səbəblərinin oxşar olduğunu qeyd edib.
Baxış sayı: 70
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
