FACT-INFO.AZ » AKTUAL » SSRİ-nin cinayətləri onun çöküşünü sürətləndirdi
19-01-2026, 17:00 | AKTUAL
SSRİ-nin cinayətləri onun çöküşünü sürətləndirdi
Totalitar rejimlərin mahiyyəti xalqların azadlığını əlindən almaq, işıqlı insanların düşüncəsini boğmaq olub. Qənaətimcə, sovet imperiyasının 1990-cı ilin 20 Yanvarında törətdiyi qanlı hadisələr də oxşar ssenaridir. Terrorun, soyqırımın, repressiyanın məkanı, zamanı fərqli ola bilərdi. Amma mahiyyət eynidir. 1920-ci ilin 28 aprelindən başlayaraq 1990-cı ilin 20 Yanvar faciəsinə qədər totalitar rejimin dinc insanlara qarşı törətdiyi qanlı hadisələrə nəzər salsaq tarixin acı gerçəkliyi ortaya çıxır.
Həmin rejim terroru, repressiyanı dövlət siyasətinə gətirmişdi. Azərbaycan xalqının genefonduna birbaşa zərbə olan repressiya tarixini mən müəyyən qədər də olsa araşdırmışam. Gerçəkdən həmin dövrə nəzər salarkən Azərbaycanın böyük şəxsiyyətlərinin narahat ruhlarının harayını eşidirdik. Dəhşətli faktdır ki, repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet respublikaları içərisində öndə olub. 30 ildən artıq davam edən repressiya nəticəsində Azərbaycanda öldürülənlərin sayının təxmini olaraq 70-120 min nəfər arasında dəyişdiyi ehtimal olunur. Bu rəqəmlərin artıb azalması mümkündür.
Bir ölkədə hüquq işləmirsə, ədalət yoxdursa və digər neqativ hallar dərinləşirsə, həmin quruluşun ömrü gec-tez başa çatır. Və 1990-cı ilin 20 Yanvar hadisələrindən, Bakı qırğınlarından sonra SSRİ adlı imperiyanın çöküşü başladı.  Belə demək mümkündürsə, SSRİ-nin cinayətləri onun çöküşünü sürətləndirdi. Totalitar rejimin zəifləməsi və tamamilə dağılması nəticəsində Azərbaycanla bərabər SSRİ-nin tərkibində olan digər respublikalar da müstəqilliklərinə qovuşdular.
Bu gün həmin sovet quruluşunun xiffətini çəkən və onu bərpa etmək istəyən qüvvələr var. Amma, lakin bu məkrli niyyət heç zaman baş tutmayacaq. Həmin totalitar rejimin xalqların həyatına gətirdiyi dəhşətləri heç kim, hətta gələcək nəsillər də unutmamalıdır. Unutmamalıyıq ki, azadlıq, müstəqillik bəxşiş edilmir, qanla qazanılır.
Bu gün istər 20 Yanvar, istərsə də sonrakı dönəmlərdə Azərbaycan ərazi bütövlyünün bərpası uğrunda şəhid olan qardaşlarımızı ehtiramla anırıq. Şəhidlik yalnız türk-müsəlman xalqlarında olur. Onların azadlıq ideyalarına sadiq olmaq bizim məsuliyyətli davranışımız olmalıdır.
Əkrəm Bəydəmirli



Baxış sayı: 330
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30