FACT-INFO.AZ » AKTUAL » 20 Yanvar- Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsi...
19-01-2026, 12:00 | AKTUAL
20 Yanvar- Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsi...
Sovet imperiyasının gerçək mahiyyətini,əsl simasını bütün dünyaya nümayiş etdirən,qoca,qadın,uşaqlar daxil mülki əhalini hədəf alan,xüsusi qəddarlıq və misli görünməmiş vəhşilikləri ilə müşayiət edilən təcavüzkarlıq aksiyası olan o müdhiş qətlamdan- Azərbaycan tarixinə “20 Yanvar faciəsi”, xalqının milli yaddaşına “Qara Yanvar”, “Qanlı Yanvar” kimi həkk olunan və eyni zamnada həm də Azərbaycan xalqının azadlıq mübarizəsi tarixinə şanlı qəhrəmanlıq səhifəsi kimi həkk olunan 1990-cı il 20 Yanvar hadisələrindən 36 il keçir.
Sovet imperiyasının totalitar mahiyyətinin qanlı nümunəsi-20 yanvar qətlamı-xalqımızın milli azadlıq mübarizəsini boğmaq,xalqın inam və iradəsini qırmaq, mübarizədən çəkindirmək məqsədi daşıyırdı.Amma sovet rejiminin Azərbaycanda milli azadlıq hərəkatını güc yolu ilə yatırmağa hesablanmış bu cinayətkar əməli tamamilə əks effekt-bumeranq effekti verdi… 20 Yanvar faciəsi,Azərbaycan xalqının təfəkkürünü sovet universitetırinin 70 il ərzində irəlilətdiyindən daha çox irəlilətdi, xalqımızı bir yerə toparladı, birləşdirdi,bir gecənin ərzində xeyli BÖYÜTDÜ, öz tarixi mübarizə ənənələrinə sadiqliyinin nümayişi kimi, milli azadlıq və müstəqil dövlət qurmaq əzəmini daha da gücləndirdi, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. 20 Yanvar qətlamı Azərbaycanda sovet sisteminə qarşı milli azadlıq hərəkatının geniş vüsət almasına təkan verdi. 20 Yanvar qətlamı və ondan döğan müqavimət hərəkatı sovet sisteminin gözlənildiyindən daha tez dağılması prosesini Sovet ordusunun Tiflisdə, Vilnüsdə törətdikləri qanlı hadisələrdən daha çox sürətləndirdi,sükutunu labüd etdi. 20 Yanvar hadisələrinin və onun əks təsirinin tarixi bir daha göstərdi ki, dövlətçilik ənənələrini yaşatmağa qadir xalqı müstəqillik yolini bir qədər ləngitmək mümkün olsa da, ümumilikdə müstəqillik uğrunda mübarizədən tam yayındırmaq, çəkindirmək, onu qorxutmaq, susdurmaq, dayandırmaq mümkünsüzdür.
Bu gün 20 Yanvar şəhidlərinin ruhu şaddır.Azərbaycan xalqının müstəqillik ideyası ətrafında sıx birləşməsi və davamlı mübarizəsi Azərbaycanın öz dövlət müstəqilliyini bərpası ilə nəticələndi... Və həm də onların Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda apardığı mübarizə ərazi bütövlüyü və suvernliyi uğurunda mübarizə ilə tamamlanıb tam qələbə ilə nəticələndi.
Qədirbilən xalqımız Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan insanların xatirəsinə daim ehtiramla yad edir. Allah 20 yanvar şəhidləri də daxil olmaqla Azərbaycanımızın müstəqilliy, ərazi bütövlüyü, şüverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu daim şad olsun!!!
Əli Məsimli
Milli Məclisin deputatı



Baxış sayı: 170
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30