Suriyada hərbi-siyasi mənzərəni köklü şəkildə dəyişən proseslər davam edir.
Suriya Prezidenti Əhməd Şaraa ölkənin şimal-şərqi ilə bağlı yeni prezident fərmanı imzalayıb. Fərman SDQ (SDF) strukturlarının faktiki olaraq ləğvini və bu qüvvələrin fərdi qaydada Suriya ordusuna inteqrasiyasını nəzərdə tutur.
Bununla paralel olaraq, SDQ ilə Suriya hökuməti arasında rəsmi atəşkəs elan edilib. Razılaşma çərçivəsində silahlı qarşıdurma mərhələsi başa çatdırılır, təhlükəsizlik və idarəetmə tam şəkildə dövlət institutlarının nəzarətinə verilir.
Prezident fərmanının əsas müddəaları:
Həsəkədəki bütün mülki qurumlar Suriya dövlətinə tam inteqrasiya edilib;
Bütün neft yataqları Suriya hökumətinin nəzarətinə keçib;
Zəruri təhlükəsizlik yoxlamalarından sonra və kürd bölgələrinin təhlükəsizliyinin qorunması şərti ilə, SDQ üzvləri fərdi qaydada Suriya Müdafiə Nazirliyinin strukturuna inteqrasiya ediləcək;
Həsəkə vilayəti üçün qubernator təyin olunması barədə prezident fərmanı verilib;
Ayn əl-Ərəb (Kobani) şəhərindən ağır silahlar çıxarılacaq, Daxili İşlər Nazirliyinin tabeliyində yerli təhlükəsizlik qüvvəsi yaradılacaq;
İŞİD üzvlərinin ailələri üçün həbsxanalar və düşərgələr Suriya dövləti tərəfindən idarə olunacaq;
SDQ tərəfindən dövlət strukturlarında xidmət üçün təqdim edilən namizədlər siyahısı qəbul edilib;
SDQ PKK-ya bağlı ünsürlərin Suriya sərhədlərindən uzaqlaşdırılması öhdəliyini bir daha təsdiqləyib;
Suriya dövləti İŞİD-lə mübarizəni davam etdirməyə sadiqliyini bəyan edib;
Afrin və Şeyx Məqsud bölgələrindən köçkün düşmüş şəxslərin geri qayıtması üçün razılaşdırıcı mexanizmlər üzərində işlər davam etdirilir.
Baxış sayı: 170
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
