FACT-INFO.AZ » XƏBƏR » "Biz Dövlət, Ordu və Xalqımızın birliyi sayəsində düşmənə qalib gəldik!"
18-01-2026, 15:00 | XƏBƏR
"Biz Dövlət, Ordu və Xalqımızın birliyi sayəsində düşmənə qalib gəldik!"
Tanıtma: Allahverdiyev Nazir Nazim oğlu 1982-ci il avqustun 17-də Bakı şəhərində doğulub. Azərbaycan Tibb Universitetinin Müalicə -profilaktika fakültəsini və Türkiyə Cümhuriyyəti Gülhanə Əsgəri Tibb Akademiyasını bitirib. İxtisası həkim - radioloq, həm də USM mütəxəssisidir. Nazir həkim uzun müddət Azərbaycan Müdafiə Nazirliyinin tabeçiliyindəki hissələrdə tibb işçisi olaraq fəaliyyət göstərib. Hazırda Bakı şəhərində fəaliyyət göstərən "Kraton" Klinikasında USM mütəxəssisi və həkim - radioloq olaraq çalışır. Ailəlidir, 2 övladı var. Ömür - gün yoldaşı da həkimdir. Nazir həkim ehtiyatda olan tibb xidməti mayorudur.
- Nazir həkim, mümkünsə fəaliyyətiniz barədə oxuculara məlumat verərdiz.
- Mən, 2005-ci ildə ATU-nu bitirən kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tabeçiliyindəki Mərkəzi Klinik Hospitalında, daha sonra isə Müdafiə Nazirliyinin Tibb İdarəsində həkim - radioloq və məhkəmə -tibb eksperti vəzifələrində çalışmışam. 2018-ci ildə Müdafiə Nazirliyi Rəhbərliyinin göstərişi ilə və biliklərimi artırmaq üçün Gülhanə Əsgəri Tibb Akademiyasında təhsil almağa başladım. 2020-ci ilin əvvəllərində, COVİD-19-un tüğyan etdiyi zaman mən Gülhanədə ixtisasımı artırırdım. 2020-ci ilin sentyabr ayının 27-də Vətən savaşı başlandı. Mənimlə birgə Türkiyədə təhsil alan və işləyən həkimlər, həmçininə, tibb bacıları təcili surətdə Azərbaycana qayıtmaq və savaş meydanlarına atılmaq barədə birgə qərar verdik. Akademiyanın Rəhbərliyi bu arzumuzu təqdir etdi və aidiyyəti orqanlarla danışıqlar apardı. Sənədləşmə prosesi xeyli vaxt aparacaqdı. Biz, razılaşmaya əsasən Azərbaycana qayıtdıq. Mən ən qaynar nöqtələrdən olan Tərtər - Ağdərə bölgəsinə ezam edildim. Həm USM mütəxəssisi, həkim -radioloq, həm də məhkəmə - tibb eksperti olaraq fəaliyyət göstərirdim. Olduqca çətin günlər idi: hər gün onlarla yaralı və ya şəhidi qəbul etmək, onların müayinəsini və idenfikasiyasını təşkil etmək...
- Doktor, Vətən savaşı zamanı Tərtər bölgəsinə 44 mindən çox raket mərmisi düşmüşdü. Siz, Tərtər - Ağdərə bölgələrində dəfələrlə ölümlə üzbəüz gəlmisiz. Mümkünsə, bu barədə bir neçə kəlmə qeyd edərdiniz?
- Dəyərli Şamil müəllim, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən savaşda Dövlət - Ordu və Xalqımızın birliyi sayəsində tarixi qələbə qazandıq. Siz düzgün qeyd etdiniz, həqiqətən də 44 günlük savaş zamanı Ermənistan Silahlı Qüvvələri Tərtər bölgəsinə 44 mindən çox mərmi atmışdılar. Xeyli yaralanan və ölən vardı. Biz, həm ön xətdən yaralıları, həm də şəhidlərin meyidlərini çıxarırdıq. Hər an ölüm təhlükəsi vardı. Üstəlik biz, savaş gedən ərazidə 44 gün deyil, 56 gün qaldıq və fəaliyyət göstərdik.
- Doktor, savaş meydanlarında sevincli və kədərli hadisələr çox olub. Mümkünsə qarşılaşdığınız maraqlı hadisələrdən biri haqqında məlumat verərdiniz?
- Hospitala yenicə şəhid olmuş 1 hərbi qulluqçunun meyidini gətirmişdilər. Meyidi 2 zabit yoldaşı gətirmişdi. Hiss olunurdu ki, şəhid olan onların dostu imiş. Hər ikisinin bənizi ağarmışdı.Biz, təklif etdik ki, əyləşsinlər. Lakin ayaq üstə var - gəl edirdilər. Hospitalda xəstələrə təmənnasız xidmət edən 1 el ağsaqqalı vardı.O, hər iki zabitin saçlarını sığalladı, onların əyləşmələrinə şərait yaratdı.Belə ki hər iki zabitin çəkmələrinin bağını açdı, ayaqqabıları çıxardı. Hər iki zabit bu mənzərəni sakitcə seyr edirdi. Yəni, cavab qaytarmadılar.
- Nazir həkim, Siz hazırda "Kraton" və "Oksigen" Klinikalarında işləyirsiz. Pasiyentlər ən çox hansı əlamətlərə görə sizə müraciət edirlər?
- Şamil müəllim, səbəblər müxtəlifdir. Biz komanda şəklində fəaliyyət göstəririk. Çalışırıq ki, qalib ölkənin əhalisinə nümunəvi xidmət göstərək.
- Nazir həkim, el arasında söhbət gəzir ki, KT müayinəsi həm də zərərlidir. Bu barədə nə deyə bilərsiz?
- Elədir ki var, Əslində KT müayinəsi həkimin məsləhəti əsasında olmalıdır. Bir insan bir il ərzində 1 dəfə bu müayinəni həkimin göstərişi əsasında etdirə bilər. Halbuki, COVİD - 19 zamanı Azərbaycanda KT müayinəsinə daha çox üstünlük verilirdi.
- Dəyərli Nazir həkim, maraqlı müsahibəyə görə sizə təşəkkür edirəm.
- Mən də sizə təşəkkür edirəm.
Şamil Sabiroğlu, jurnalist.
18.01.2026.
Baxış sayı: 225
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq
Bu gün, 19:30
“Zəfər Salnaməsi” adlı tədbir keçirilib
Bu gün, 18:00
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Bu gün, 18:00
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Bu gün, 14:30
Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır
Bu gün, 14:00
Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir
Bu gün, 12:30
Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub
Bu gün, 12:30
Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib
Bu gün, 12:00
Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb
Bu gün, 12:00
Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub
Bu gün, 09:30
“Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub
Dünən, 18:30
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib
Dünən, 18:00
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb
Dünən, 17:00
В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа»
Dünən, 16:30
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Dünən, 16:30
Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb
Dünən, 13:00
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib
Dünən, 11:00
Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
Dünən, 10:30
Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib
Dünən, 10:30
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
Dünən, 10:00
Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir
4-11-2026, 20:30
Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub
4-11-2026, 20:00
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
4-11-2026, 16:30
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
4-11-2026, 16:00
Ürək sağlamlığı diqqət mərkəzində
4-11-2026, 15:00
“Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi”
4-11-2026, 14:30
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub
4-11-2026, 09:30
BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib
4-11-2026, 09:30
ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb
4-11-2026, 09:30
Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu
4-11-2026, 09:00
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
