FACT-INFO.AZ » SİYASƏT » Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 35-ci Ali Səviyyəli Toplantısı çərçivəsində müzakirə paneli təşkil edilib
16-01-2026, 19:30 | SİYASƏT
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 35-ci Ali Səviyyəli Toplantısı çərçivəsində müzakirə paneli təşkil edilib

İsveçrənin Cenevrə şəhərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin BMT-nin Cenevrə Ofisi ilə birgə tərəfdaşlıq çərçivəsində təşkil etdiyi 35-ci Ali Səviyyəli Toplantısı çərçivəsində “Qlobal mənzil böhranının birgə həlli” mövzusunda panel müzakirəsi təşkil edilib. Fact-info.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax əsas məruzəçilər qismində çıxış ediblər.

“Çoxqütblü parçalanmalar və transformasiya dövründə multilateralizmin yenidən formalaşdırılması” mövzusuna həsr olunan tədbir 30-dan artıq ölkəni təmsil edən 50-dən çox yüksəksəviyyəli beynəlxalq iştirakçını bir araya gətirib.

Sözügedən toplantıda beynəlxalq hüququn və ictimai rifahın qorunması üçün kollektiv fəaliyyətin təcili zəruriliyi, həmçinin layiqli mənzil təminatının dayanıqlı şəhər inkişafının mərkəzində olması və bu məsələlərin UN-Habitat-ın 2026–2029-cu illər üçün Strateji Planında yer alması xüsusi olaraq vurğulanıb.

Müzakirələr zamanı qlobal öhdəliklərin konkret tədbirlərə çevrilməsi və dayanıqlı, əlçatan mənzil təminatının sürətləndirilməsi vacib məsələlər kimi qeyd olunub.

Çıxışı zamanı Anar Quliyev multilateralizmin heç bir ölkənin təkbaşına həll edə bilmədiyi – iqlim dəyişikliyi, sürətli urbanizasiya, bərabərsizlik və dayanıqlı inkişaf kimi qlobal çağırışların öhdəsindən gəlmək üçün ən effektiv yanaşma olduğunu bildirib. O, bu kontekstdə şəhər və yaşayış məskənlərində qlobal həllərin praktik fəaliyyətə çevrildiyi əsas məkanlar kimi həlledici rolunu xüsusi vurğulayıb.

Qeyd edib ki, Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən Azərbaycan şəhərləri və infrastrukturu regionları və cəmiyyətləri birləşdirən körpülər kimi dəyərləndirir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və inteqrasiya olunmuş şəhərsalma layihələrindən danışan Anar Quliyev bu layihələrin təkcə ərazilərin yenidən qurulması deyil, həm də uzunmüddətli sülhə, sabitliyə və regional əməkdaşlığa töhfə vermək məqsədi daşıdığını bildirib.

Sonda Anar Quliyev həmkarlarını 2026-cı il mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına dəvət edib.

Qeyd edək ki, toplantıda Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı, Ümumdünya Ticarət Təşkilatı, BMT-nin Məskunlaşma Proqramı, Beynəlxalq Telekommunikasiya İttifaqı və BMT-nin HİV/QİÇS üzrə Birgə Proqramı kimi nüfuzlu təşkilatların ali səviyyəli rəhbərləri və nümayəndələri iştirak edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və BMT-nin Cenevrə Ofisinin birgə təşkil etdiyi bu Ali Səviyyəli Toplantı çoxtərəfli əməkdaşlığı gücləndirmək və qlobal gündəlikdə duran vacib məsələlərin müzakirəsi baxımından beynəlxalq səviyyədə əhəmiyyətli platforma hesab olunur.

WUF13, qlobal mənzil və şəhərsalma çağırışlarının həllində fəal rol oynayaraq, çoxsahəli əməkdaşlıqların gücləndirilməsi və dayanıqlı şəhər inkişafının sürətləndirilməsinə töhfə verdiyini bir daha nümayiş etdirib.




Baxış sayı: 130
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30