“Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası çərçivəsində bir sıra Dövlət proqramlarının layihələrinin hazırlanması nəzərdə tutulur.
Fact-info.az xəbər verir ki, Konsepsiya əsasən Azərbaycan dilinin və ədəbiyyatının inkişafı, Azərbaycanın mədəni və təbii irsinin qorunması, incəsənətin, audiovizual sənayenin, davranış mədəniyyətinin və bilgi mədəniyyətinin, mədəni və yaradıcı sənayenin inkişafı ilə bağlı Dövlət proqramları hazırlanacaq
Bundan əlavə, Konsepsiyanın əsas hədəflərindən biri də Azərbaycanın öz tarixi coğrafiyasına mədəni qayıdışını, Azərbaycan xalqının məhv edilən və dağıdılan tarixi-mədəni irsinin bərpasını təmin etmək, birləşdirici amil kimi Azərbaycan dilinin regional rolunun bərpasına nail olmaqdır. Təşkilatlanmış mədəni iştirakçılıq Azərbaycan Respublikasının regional maraqlarının səmərəli şəkildə təmin edilməsində və qonşu ölkələrlə dostluq münasibətlərinin gücləndirilməsində mühüm rol oynayacaq.
Baxış sayı: 125
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
