FACT-INFO.AZ » XƏBƏR » Cocuq Mərcanlıdan olan abituriyent 700 bal topladı
10-05-2017, 09:45 | XƏBƏR
Cocuq Mərcanlıdan olan abituriyent 700 bal topladı

O,  əslən Cəbrayıl rayonunun  Cocuq Mərcanlı kəndindəndir.  Mahirənin sözlərinə görə, bu göstərici  onun üçün üçqat qürürvericidir.
 APA TV-nin məlumatına görə, Mahirə bu yüksək nəticəni I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında toplayıb. İmtahan zamanı həyəcanlı  olduğunu, daha sonra həyəcanına qalib gəldiyini deyir.
 
"Sualları oxuyanda içimə bir sevinc doldu ki, bəli, mən 700 bal toplayacağam.  Çıxanda valideynimə dedim ki, 690, ya da 700 bal yığacağam.  Şükür ki, üzümü ağ çıxardım. Sevincimdən uçurdum, izah edə bilməyəcəyim qədər qürürverici bir hiss idi. Bu, təkcə mənim uğurum deyildi, məktəbin uğuru idi, müəllimlərimin uğuru idi, ailəmin uğuru idi. Qürur verdi mənə".
 Mahirə deyir ki, hədəfə çatmaq üçün ilk olaraq qarşına məqsəd qoymalısan.
 İlk öncə hədəfimi bəlli etdim. Buna görə çalışırdım. Bu işin gecəsi, gündüzü olmur. İlk öncə aşağı siniflərdən yaxşı oxumağa başlamışam. O zaman hansınsa bir fənnə ayrı-seçkilik etməmişəm. Düşünürdüm ki, son 10-11-ci sinifdə oxuduqlarım, 11 illik tədris proqramını yiyələnmək kifayət etməyəcək. Məhdudiyyətlərim isə belə idi - yatmırdım,  yeməyin vaxtını qısırdım, sosial şəbəkələrdən uzaq idim.
 Müsahibim artıq seçimini də edib. Təhsilini Bakı Ali Neft Məktəbində davam edəcək. İxtisasını isə hələlik seçməyib. Gələcək abituriyentlərə mesajı da var Mahirənin.
 "Məqsədyönlü çalışın, zəhmətiniz hədər getməyəcək. Heç vaxt yorulmayın, yoruldum deməyin. Hədəfinizi seçin, kim olmaq, nə etmək sualını özünüzdə cavab tapın və əmin olun ki, uğurunuz sizə yaxındır".
I qrup üzrə 700 bal toplayanlardan biri də Akademik Zərifə Əliyeva adına liseyin məzunu Elmir Əhmədovdur. Yüksək nəticənin onun üçün gözlənilməz olmadığını deyir.
 "Mütəmadi olaraq keçirilən sınaq imtahanlarında topladığım ballar, həm müəllimlərimin, həm də özümdə bir inam yaradıb. Həyəcan yox idi, özümü tam hazır hiss edirdim. Desəm ki, bütün günümü oxumağa sərf etmişəm, yalan demiş olaram. Liseyin ictimai həyatında yarışmalara, olimpiadalara, əyləncələrə də vaxt ayırmışam. Amma əsas diqqətimi dərslərimə yönəltmişəm". 
 Müsahibim Bakı Ali Neft Məktəbində mühəndislik ixtisası üzrə təhsil almaq istədiyini deyir.
 
Xalidə Əliyeva isə Bakı şəhəri 220 saylı məktəb-liseyin məzunudur. O da eyni ixtisas qrupu üzrə 700 bal toplayıb. Müsahibim təkcə son iki ildə  hazırlaşaraq yüksək nəticə qazanmağın kifayət etmədiyinin deyir. O, 700 balı yığmaq üçün  xüsusi bir formulun olmadığını, bunun üçün  sadəcə aramsız oxumağın vacib olduğunu deyir.
"Aşağı siniflərdən topladığım elmi bazanın sayəsində iki il müddətində daha yaxşı hazırlaşaraq 700 bal yığdım. Bu il ilk dəfə idi ki, iki dəfə imtahan keçiriləcəkdi. Birincidə mən iştirak etdim. Sözün açığı, birinci dəfə imtahanların keçən ilki tarixdən iki ay əvvəl keçiriləcəyini eşidəndə qorxdum. Amma sonra dedim ki, niyə də yox. Daha da çox hazırlaşdım. Şükür ki, 700 balı yığdım". 
 Xalidə də bu illər ərzində özünə məhdudiyyətlər qoyub. Belə ki, o, telefondan, televiziyadan,  sosial şəbəkələrdən uzaq durub. 
 "Bunlar fikri çox yayındırır. Sadəcə dərs oxumaq lazımdır. Gündəlik dərsləri yaxşı oxumaq lazımdır. Hər günün dərsini o gün oxumaq lazımdır. Çünki bu çox yaxşıdır. Sabah oxuyaram, imtahan yaxınlaşanda oxuyaram deyib, bir kənara qoymasınlar. O gün oxusunlar".
 Xalidə hələlik harada təhsil alacağına dair qərar verməyib.
 I ixtisas qrupu üzrə 700 bal toplayanlardan biri də Gəncə şəhəri 26 saylı məktəb-lisey kompleksinin məzunu Abdulla Əsgərzadədir. Abdullanın atası həkim, anası isə musiqi müəlliməsidir. Özündən böyük olan iki bacısı tələbədir.
 İmtahandan çıxan kimi cavabları yoxladım. Azərbaycan dilindən bir-iki suala əmin deyildim. Onlar da düz olandan sonra əmin oldum ki, maksimum nəticə göstərmişəm.
 Abdulla Əsgərzadə daha çox fizika fənninə maraq göstərir. Aşağı siniflərdən başlayaraq ciddi hazırlaşdığını deyən abituriyent onun uğurunda təhsil aldığı liseyin müəllimlərinin böyük əməyi olduğunu qeyd edir.
 "Abdulla 7-ci sinifdən bizdə təhsil alır. Ödənişsiz təhsil alanlardan biridir. Onun aşağı siniflərdən təhsilə və dərsdən əlavə işlərə marağı bizdə onun yüksək nəticə əldə edəcəyinə əminlik yaratmışdı. Çox sevinirik ki Abdulla bizim bu inamımızı doğrultdu".
 Abdulla Əsgərzadə Bakı Ali Neft Məktəbində və ya ADA Universitetində təhsil almaq niyyətindədir.
 Qeyd edək ki, mayın 7-də ali təhsil müəssisələrinə I və IV ixtisas qruplar üzrə keçirilən qəbul imtahanında 7 nəfər maksimum 700 bal toplayıb.




Baxış sayı: 2 003
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30