FACT-INFO.AZ » AKTUAL » Professor Sürəddin Zeynalov: Dünya ictimaiyyəti bilməlidir ki, Qərbi Azərbaycanın əsl sahibləri kimdir
16-01-2026, 10:30 | AKTUAL
Professor Sürəddin Zeynalov: Dünya ictimaiyyəti bilməlidir ki, Qərbi Azərbaycanın əsl sahibləri kimdir

Fact-info.az saytının bugünkü qonağı Azərbaycan Tibb Universitetinin professoru Sürəddin Zeynalovdur. Onunla söhbətimiz Qərbi Azərbaycanla bağlı həqiqətlərə işıq salmaqla, həmçinin Qanlı 20 Yanvar hadisələrini bir daha təhlil etməklə davam etdi.

 -Professor, yaxın günlərdə qanlı 20 Yanvar hadisələrinin ildönümüdür. Xalqımız hər zaman öz tarixinə ehtiramla yanaşaraq anım mərasimləri keçirir. Siz həmin hadisələri necə analiz edib xatırlayırsınız?

 -Mən həmin vaxt elmi işimlə bağlı Moskvada təhsilimi davam etdirirdim. Digər gənc azərbaycanlı alimlər kimi mən də çox fəal olmuşam. Qanlı 20 Yanvar hadisələri baş verən kimi mən Bakıya gəldim. Həmin faciənin ağırlığını hiss etdim, bütün dəhşətləri öz gözlərimlə  gördüm, yaşadım. Qəbir yerlərinin qazılmasında, şəhidlərimizin dəfn mərasimində yaxından iştirak etdim. O anları xatırlamaq çox ağırdır. Sonradan Moskvaya qayıdıb insanlığa qarşı törədilmiş  bu qətliamlar haqqında dünya ictimaiyyətinə geniş məlumat verməyə başladım.

 -Totalitar rejim tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş bu faciənin dünya ictimaiyyətinə çatdırılması baxımından xarici auditoriya ilə necə əməkdaşlıq qura bildiniz?

 -Moskvadakı Azərbaycan nümayəndəliyi ilə sıx əlaqələr qurmuşduq. Qanlı 20 Yanvar hadisələri haqqında əcnəbi dillərdə çap olunmuş kitabları, broşurları  biz xarici tələbələrə, aspirantlara paylayırdıq. Mənim yaşadığım yataqxanada xeyli sayda xarici tələbələr var idi. Biz bu yolla Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa nail olurduq. İnformasiya azlığı səbəbindən, ermənilərin saxta təbliğatının nəticəsində bəzən Azərbaycan haqqında yanlış fikirlər formalaşırdı. Lakin biz çalışırdıq ki, gördüyümüz işlər nəticəsində düşmənin saxta təbliğatının qarşısını alaq.  Şükürlər Allaha bu gün Azərbaycan müstəqil dövlətdir, ərazi bütövlüyünü bərpa edib. Şəhidlərimizin qanı yerdə  qalmadı. Azərbaycan xalqı azadlıq ideyalarına sadiq qaldı.  Bu gün bizim istəyimiz dinc şəraitdə öz tarixi torpaqlarımıza, Qərbi Azərbaycana qayıtmaqdır.

 -Bizim üçün tarixi mahiyyət kəsb edən Qərbi Azərbaycanla bağlı məqama keçək. Həmin tarixi torpaqlarımıza qayıdış prosesi ilə bağlı fikirləriniz necədir?

 -Biz o doğma məkanlarımızla nəfəs alırıq, hər zaman fikrimiz oradadır. Demək olar ki, yuxularımızda da Göyçəni görürük. Mən özüm Göyçə mahalının Qanlı (sonralar Qamışlı, indi isə ermənilər Torfavan adlandırır) kənddindənəm. Həyatımın, gəncliyimin ən gözəl çağları orada keçib. Qanlı kəndi  vaxtılə İrəvan quberniyasının sonradan Basarkeçər (Vardenis) rayonunda ən inkişaf etmiş azərbaycanlı kəndi olub. Qanlı kəndinin əhalisinin 80-90 faizi azərbaycanlı, az bir hissəsi isə ermənilər olub. O zaman orta məktəb müəllimlərimizin böyük fədakarlığı nəticəsində biz o regionun tarixini, mədəniyyətini çox dərindən öyrənirdik. Ona görə. bu gün bizim Qərbi Azərbaycanın zəngin mədəniyyəti haqqında, xüsusilə, Göyçə haqqında çox dərin məlumatlarımız var. Biz Qərbi Azərbaycanın istənilən tarixi abidəsi, daşı, qayası və digər mədəniyyət resursları haqqında yetərincə bilgiyə sahibik. Düşünürəm ki, biz hər birimiz bu işdə öz töhfəmizi verəcəyik. Mən əminəm ki, biz Qərbi Azərbaycana öz tarixi yurdumuza sülh şəraitində dönəcəyik.

 -Həmin yerlərdə uşaqlığınız, gəncliyiniz keçib. Sovet dönəmində Ermənistanda azərbaycanlılara qarşı belə qəddar münasibətlər nədən qaynaqlanırdı?

 -Erməni xisləti elə olub ki, onlar heç zaman digər xalqlara etiramla yanaşmayıblar. Onların daxilində gizli nifrətləri olub. Sovet dövründə  bizim soydaşlarımıza qarşı zaman-zaman təzyiqlər olurdu. O illərdə erməni təxribatları açıq-aşkar deyildi. Yalnız 1988-ci ildən ermənilər əsl simalarını göstərdilər. Bu qədər soydaşımızı öz yurdlarından didərgin saldılar. 

 -Ermənilər işğal etdikləri ərazilərdə hər zaman Azərbaycan xalqının izlərini silmək məqsədilə tarixi, mədəni abidələrimizi, ziyarətgahları dağıtmaqla məşğul olublar. Həmçinin Qərbi Azərbaycanda da belə erməni vəhşiliyi davam edir.

 -Doğma kəndimizin ərazisində XI-XII əsrlərlə bağlı Alban kilsəsinin, VII-VIII əsrlərə aid olan oğuz qəbiristanlığının qalıqları olub. Bundan əlavə mədəniyyət obyektləri, məktəblər, zəngin kitabxanalar,  əhaliyə məxsus əmlaklar və sair olub. Bu gün ermənilər dağıtdıqlarını dağıdıb. Qalanlarını isə mənimsəyib, erməniləşdiriblər. Ancaq Azərbaycanın çox əsrlik tarixini onlar silə bilməyəcəklər. Çünki ermənilər həmin torpaqlara yalnız XIX əsrdə gəliblər. O vaxta qədər Qərbi Azərbaycanda  haylarla bağlı heç bir iz olmayıb. Bütün bu faktları dünyaya çatdırmalıyıq. Dünya ictimaiyyəti bilməlidir ki, Qərbi Azərbaycanın əsl sahibləri kimdir. Ermənilər bu torpaqlara Çar Rusiyasının dəstəyi və böyük planı nəticəsində köçürülüblər. Nəhayət dünya anlamalıdır ki, Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı ədalətin bərpası, onların təməl hüquqlarının təmin edilməsi demək olacaq. Hər kəsin öz əzəli vətənində yaşamaq hüququ var.

 Fact-info.az




Baxış sayı: 730
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30