FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Muxtar İmanov: Yeni sözlər dilimizə ana dilinin qayda-qanunları əsasında gətirilməlidir
15-01-2026, 16:00 | MƏDƏNİYYƏT
Muxtar İmanov: Yeni sözlər dilimizə ana dilinin qayda-qanunları əsasında gətirilməlidir

Elmin və texnologiyanın inkişafı ilə əlaqədar olaraq dünyada yeni anlayışlar və sözlər meydana çıxır. Bu anlayış və sözlərdən vaxtında xəbərdar olmaq və onları dilə gətirmək, heç şübhəsiz, vacibdir. Lakin bir şərtlə ki, yeni sözlərin dilə gətirilməsində ana dilinin qayda-qanunlarına əməl edilsin. Alınma sözlərlə dilin saflığı arasında tarazlığın qorunması məhz ana dilinə məxsus təməl qanunauyğunluqların ciddi şəkildə nəzərə alınmasından asılıdır. Xalq ruhunun daşıyıcısı və milli mənsubiyyətin əsas göstəricilərindən biri olan ana dilini qorumaqla biz milli ruhlu Azərbaycan vətəndaşının yetişməsinə, onun şəxsiyyətinin sağlam istiqamətdə formalaşmasına möhkəm zəmin yaradırıq.

Bunu AZƏRTAC-a açıqlamasında akademik, Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri Muxtar İmanov deyib.

Akademik bildirib ki, qloballaşma dövründə dilimizin üzləşdiyi ən böyük təhlükə kənar dillərin təsiri altına düşməsi və bu təsirin nəticəsində dilimizin fonetik, leksik, morfoloji, hətta sintaktik aşınmalara məruz qalmasıdır. Onun sözlərinə görə, dildə yersiz işlədilən əcnəbi sözlərin - dilçilikdə varvarizm adlanan leksik vahidlərin istifadəsi yolverilməzdir. Həmçinin kənar dillərin təsiri bəzən sintaktik vahidlərdə də özünü göstərir. Feili sifət və feili sifət tərkiblərini bir kənara qoyaraq, rus dilinin təsiri ilə “hansı ki” bağlayıcı sözündən tez-tez istifadə edilməsi də belə mənfi hallardandır.

“Ədəbi dilimiz varvarizmlərdən, morfoloji və sintaktik zədələnmələrdən elə qorunmalıdır ki, bu dil dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız, xüsusilə də 30–40 milyonluq Güney Azərbaycan türkləri üçün nümunəvi danışıq və yazı dili olsun”,-deyə akademik vurğulayıb.




Baxış sayı: 90
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30