FACT-INFO.AZ » SİYASƏT » Vyanada TDT-yə üzv ölkələrin diaspor qurumlarının nümayəndələri bir araya gəlib
15-01-2026, 19:30 | SİYASƏT
Vyanada TDT-yə üzv ölkələrin diaspor qurumlarının nümayəndələri bir araya gəlib

Avstriyanın paytaxtı Vyanada Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Türk Dövlətləri Təşkilatının (TDT) dəstəyi, ölkəmizin Avstriyadakı səfirliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin tərəfdaşlığı ilə TDT-yə üzv ölkələrin diaspor məsələlərinə məsul dövlət qurumları nümayəndələrinin görüşü keçirilib.

Dövlət Komitəsindən Fact-info.az-a bildirilib ki, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev çıxış edərək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin diaspor qurumları arasında əlaqələrin dərinləşdirilməsinin və fəaliyyətin daha koordinasiyalı şəkildə qurulmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Tədbir çərçivəsində keçirilən Diaspor Potensialının Artırılması üzrə təlim proqramlarının bilik və təcrübə mübadiləsi baxımından mühüm platforma olduğunu qeyd edib.

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli belə təşəbbüslərin türk diasporunun beynəlxalq müstəvidə daha güclü və vahid mövqe ortaya qoymasına xidmət etdiyini bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşları Leyla Həmzəyeva və Şəfəq Binnətova komitənin həyata keçirdiyi genişmiqyaslı layihələr, qarşıya qoyulan hədəflərlə bağlı geniş məlumat veriblər. Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə əməkdaşlıq çərçivəsində görülən işlərdən danışıblar.

Digər çıxışçılar xaricdə yaşayan türk icmalarının təşkilatlanması, gənclərin diaspor proseslərinə cəlb olunması məsələlərinə toxunub, TDT-yə üzv ölkələrin diaspor qurumları arasında institusional əməkdaşlığın gücləndirilməsinin labüdlüyünü dilə gətiriblər.

Görüş qarşılıqlı fikir mübadiləsinin aparılması, diaspor sahəsində qazanılan təcrübələrin paylaşılması və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi ilə davam edib.

 




Baxış sayı: 100
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30