Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatı arasında “Ombudsman institutunun fəaliyyəti və hərbi qulluqçuların hüquqlarının qorunması istiqamətində görülən işlər” mövzusunda, həmçinin insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması məqsədilə 2026-cı il üzrə birgə tədbirlər planı imzalanıb.
Müdafiə Nazirliyindən Fact-info.az-a verilən məlumata görə, sənədə əsasən, cari il ərzində həyata keçirilməsi planlaşdırılan tədbirlərin keçiriləcəyi tarixlər, məkanlar və məsul şəxslər müəyyən edilib.
Plan çərçivəsində Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növləri, birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində müxtəlif tədbirlər təşkil olunacaq.
Tədbirlər zamanı hərbi qulluqçuların hüquqlarının müdafiəsi və insan hüquqlarının təmin edilməsi vəziyyəti ilə bağlı görüşlər keçiriləcək, müxtəlif mövzularda məruzələr təqdim olunacaq və şəxsi heyəti maraqlandıran suallar ətrafında geniş fikir mübadiləsi aparılacaq.
Baxış sayı: 115
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
