Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar avtomobil yollarında hərəkətin təhlükəsiz və fasiləsiz təmin olunması istiqamətində zəruri tədbirlər görür.
Fact-info.az agentliyə istinadən xəbər verir ki, Qax-Zaqatala, Şəki-Qax, Qax-İlisu avtomobil yollarında, həmçinin Qax şəhəhərinin giriş yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi tədbirləri davam etdirilir.
Bundan başqa Qəbələ-Laza avtomobil yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi işləri aparılır.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, həmçinin ərazi üzrə yerli əhəmiyyətli avtomobil yollarında körpülərin üzərində buzlaşma qeydə alınıb. Agentlik tərəfindən körpülərin üzərində buzlaşmaya qarşı tədbirlər görülür, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin edilir.
Quba-Qusar və Qusar-Şahdağ avtomobil yollarında qarın yolun hərəkət hissəsindən təmizlənməsi, buzlaşmaya qarşı tədbirlər davam etdirilir. Qeyd olunan yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin edilib.
Baxış sayı: 95
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
