Azərbaycanın “Bir kəmər, bir yol” qlobal təşəbbüsündə iştirakı artıq konkret müsbət nəticə verir.
Bunu AZƏRTAC-da yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında iqtisad elmləri doktoru, Gürcüstanın Çindəki sabiq səfiri David Aptsiauri söyləyib.
Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya vasitəsilə Çinlə Avropanı birləşdirən əsas həlqəyə çevrilir.
“Hazırda Orta Dəhliz və multimodal nəqliyyat əməkdaşlığı inkişaf edir. Regionun və Azərbaycanın potensialından istifadə üçün yeni imkanlar açan mühüm sənədlər imzalanıb”, – deyə ekspert izah edib.
D.Aptsiauri, həmçinin ölkənin bu layihədə iştirakının strateji əhəmiyyətini vurğulayaraq bildirib ki, bu iştirak iqtisadi islahatları stimullaşdırır, 2030-cu ilədək sosial-iqtisadi inkişaf proqramının həyata keçirilməsini dəstəkləyir və sürətləndirilmiş iqtisadi artım üçün zəmin yaradır.
Baxış sayı: 70
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
