FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Respublika Fənn Olimpiadasının qalibi Arzu Ağayeva
12-01-2026, 19:30 | MƏDƏNİYYƏT
Respublika Fənn Olimpiadasının qalibi Arzu Ağayeva

Ağayeva Arzu Ayaz qızı Qobustan rayonunun Cəyirli kənd Rasim Hüseynov adına ümumi orta ümumtəhsil məktəbinin doqquzuncu sinfində oxuyur. Dərs əlaçısıdır. Keçən tədris ilinin sonunda keçirilən Respublika Fənn Olimpiadasında Azərbaycan dili və ədəbiyyat fənnindən yüksək nəticə göstərərək birincilərin birincisi olmuş və qızıl medala layiq görülmüşdür. Eyni zamanda Elm və Təhsil Nazirliyi tərəfindən ona diplom təqdim olunmuşdur.

 

Ötən ilin sonunda Qobustan rayon İcra Hakimiyyətinin Başçısının “Konstitusiya və Suverenlik ili” ilə bağlı rayon təhsil işçilərilə görüşündə Arzu Ağayeva öz səlis və  dürüst çıxışı ilə hamını heyran etdi. Çıxışı zamanı artıq kəlama çevrilmiş “Sən Qobustan üçün nə etmisən” yazısına belə aydınlıq gətirdi:                                                                                                          

 

Doğma rayonumu çox sevirəm. Onun hər bir uğurunu izləyirəm. Mən də bir şagird olaraq qazandığım bu nailiyyətə görə qobustanlıları sevindirdim və rayonumuzun uğurlarına  bir təhsil uğuru qatdım. Qazandığım  bu qalibiyyətə görə  mənə dəstək olmuş məktəbimizin direktoru Buğday Azadəyə və bütün müəllimlərimə minnətdəram.             

 

Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin Başçısı Adil Məmmədov Arzu Ağayevaya qazandığı yüksək nəticəyə görə fəxri fərman təqdim etdi.

 

Məktəbdə olarkən bu şagird haqqında ürəkaçan sözlər eşitdim:

Məktəbin direktoru müharibə veteranı Buğday Azadə:                            

-Mən tədbirdəki çıxışım zamanı da Arzu Ağayevanın yüksək göstəriciləri  barədə məlumat verdim. O bizim ən sevimli şagirdlərimizdəndir. Bütün fənlərə səylə çalışır. Həmin sinifdə tarix fənnini tədris etdiyimdən onun yüksək potensiala malik olduğunu görürəm.

 

-Arzunun qazandığı yüksək nəticə məktəbimizin adında bir tarix oldu. Dəfələrlə o tərəfimizdən fəxri fərmanlara layiq görülüb. Bu şagirddə analtik düşünmə qabiliyyəti təqdirəlayiqdir. Hal-hazırda o doqquzuncu sinifdə oxuyur. Əminliklə deyə bilərəm ki, Arzu tam orta məktəbi bitirdikdən sonra istədiyi ali məktəbə qəbul olacaqdır. Səbəb  kimi onun yorulmadan çalışmasıdır. Arzunun yaxşı oxumasında müəllimləri ilə yanaşı valideynlərinin də dəstəyi böyük rol oynayır. Qazandığımız qalibiyyətin təşkilində Qobustan Rayon Təhsil Sektorunun əməkdaşlarınında bizə böyük köməyi olmuşdur Yaxşı olar ki, şagirdlərin ali məktəblərə qəbulunun nəticələrinin müzakirəsi zamanı, biz orta ümumtəhsil məktəbləri də həmin sırada olsun.          

 

İngilis dili müəllimi Aynur Axundova:- Həqiqətən,Arzu həmişə dərslərə hazırlıqlı gəlir. İlk baxışda bu şagirddə dərslərə münasıbətdə bir müsbət “Savaş” gedir. Onun ingilis dilinə də marağı əvəzsizdir. İngilis dilinin qrammatikasına xüsusi fikir verir və çalışır ki, bu dili öyrənsin. Tədbir zamanı hörmətli başçımız mənə tövsiyyə etdi ki, Arzunun ingilis dilinin öyrənməsinə xüsusi yer ayırım.

Hal-hazırda həmin tövsiyyəyə uyğun olaraq Arzu ilə müntəzəm  dərsdənkənar məşğul oluram. Əminəm ki, bu nəticəmiz də öz bəhrəsini verəcək.                      

 

Azərbaycan dili və ədəbiyyat müəllimi Vəfa Əhmədova:- Arzu Respublika Fənn Olimpiadasında uğur qazanmaqla bir fənn müəllimi olaraq məni də sevindirdi. Onunla dərsdənkənar məşğələlərimiz hədər getmədi. Dərs vurğunu olan bu şagird heç bir sualın qarşısında acız  qalmır və yorulmaq bilmədən test tapşırıqlarını da dərhal yerinə yetirir. Arzunun öz üzərində işləmək və inkişaf etmək istəyini yüksək qiymətləndirirəm. Mənim bu sevimli şagirdimin gələcəkdə də yüksək nəticələr göstərməyinə inanıram.  Arzunun ibtidai  sinifdə də fərqlənməsini ilk müəllimi Mətanət Həsənova  da bildirdi.

 

Müəllifdən: Arzunun istəyi gələcəkdə həkim olmaqdır.Amma  onun səlis çıxışı natiqlik  qabiliyyəti məndə bir aparıcı missiyası yaratdı.                                                                             

                                                                

 Məhəmməd Bayramov   

 Azərbaycan Jurnalistlər Birliyinin üzvu

 




Baxış sayı: 1 090
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30