FACT-INFO.AZ » AKTUAL » Şəhid Rəşad Təhməzovun bu gün doğum günüdür
12-01-2026, 15:30 | AKTUAL
Şəhid Rəşad Təhməzovun bu gün doğum günüdür
Hər dəfə Xəzər rayonu Qala qəsəbəsinə gedərkən yolun kənarında nurani simalı Rəşad Təhməzovun şəklini görürəm. Etinasız ötüb keçmək mümkün deyil. Bu şəkil həm bir qəhrəmanımızı bizə tanıtdı, həm də tariximizin çox şərəfli məqamını yaddaşımıza həkk edir.
Azərbaycan xalqının tarixinə şərəflə yazılan II Qarabağ müharibəsi dövründə torpaqlarımızın işğaldan azad edilməsi zamanı qəhrəmanlıq nümayiş etdirən igidlərdən biri Təhməzov Rəşad Qərib oğludur. O, tarixi Zəfərimiz naminə düşmənə qarşı son nəfəsinədək vuruşaraq şəhidlik zirvəsinə yüksəlib.
Rəşad Təhməzov 12 yanvar 2002-ci ildə Qobustan rayonu Ərəbşalbaş kəndində anadan olub. Bakı şəhəri Xəzər rayonun Qala qəsəbəsində böyüyüb və təhsil alıb. 92 saylı orta məktəbi bitirdikdən sonra bir müddət ticarət sahəsində çalışıb.
Daha sonra onun hərbi xidmət dövrü başlayıb. 2020-ci ilin yanvar ayının 12-də 18 yaşı tamam olan Rəşad elə həmin ayın 24-də həqiqi hərbi xidmətə yola düşüb. Goranboy rayonunda, N saylı hərbi hissədə xidmət keçən əsgər sonuncu dəfə sentyabrın 23-də ailəsi ilə telefon əlaqəsi yaradıb və ondan nigaran qalmamağı tövsiyə edib. “Bizi təlimə aparırlar, əgər mənim telefonuma zəng çatmasa nigaran qalmayın. İmkan olan kimi özüm sizə zəng edəcəm” - deyib.
Hərbi xidmətdə olan Rəşad Vətən müharibəsi başladıqdan sonra döyüşlərə qoşulub. Sərrast atıcılıq qabiliyyəti onu hamıdan fərqləndirib. O, həm də mükəmməl topçu kimi də müharibə dönəmində yüksək nəticə əldə edib. Rəşadın döyüş yoldaşları onun insan kimi mübarizliyindən, hərbçi kimi şücaətindən hər zaman danışırlar. Rəşad Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib.
Şəhidimizin atası Qərib kişi: “Rəşadın yanında əsgər yoldaşları olub, yaralananda ona ilkin yardım göstərilib, yaralarını sarıyıblar. Lakin hospitala çatdırmaq mümkün olmur, yolda şəhid olur. Ciyərindən bir qəlpə yarası almışdı. Rəşad ən ali məqama şəhidlik zirvəsinə yüksəldi. Rəşad kimi övladla qürur duyuram. O, cəsurluğu, qəhrəmanlığı ilə həm mənim, həm də millətin başını uca etdi”.
Şəhidimizin uşaqlıq dövrünü xatırlayan atası daha sonra qeyd edib: “Rəşad uşaqlıqdan vətənpərvər, qəlbində ilahi eşqi yaşadan imanlı uşaq olub. Onun bu qədər ilahi eşqə bağlılığı idi ki, o, hərbi xidmət keçdiyi dövrdə ibadətindən geri qalmayıb. Hətta bu gün onun döyüş yoldaşları, komandirləri bizim evə gələndə Rəşadın imanlı və fədakar əsgər olmasından söhbət açırlar. Komandiri qeyd edirdi ki, Rəşad hərbi tapşırıqları yüksək bacarıqla, hətta bəzən qaçaraq yerinə yetirirdi”.
Şəhidimizin bacısı Rəvanə xanım: “Tək qardaşımı deyil, həm də dostumu, sirdaşımı itirdim. Rəşad evin sonbeşiyi olduğundan onu anamızla bərabər böyütmüşük. Ona görə də, onu övladım kimi sevirdim. Şəhid bacısı olmaq qürurverici bir hissdir”.
Qeyd edək ki, Şəhid Təhməzov Rəşad Qərib oğlu ölümündən sonra “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə" və ”Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Əziz, qəhrəman qardaşlarımız, Siz qalib gəldiniz! Qazandığınız qələbəni Azərbaycana halal edin! Sizin misilsiz qəhrəmanlığınız hesabına beli bükülmüş ruhumuza rahatlıq gəldi. Azərbaycanın tək torpağı deyil, həm də qüruru özünə qayıtdı. Ona görə, hər zaman deyirik və yazırıq şəhidlər ölməz, Vətən bölünməz!
Mənbə: Əkrəm Bəydəmirlinin “Şəhidlər ölməz, Vətən bölünməz” kitabı



Baxış sayı: 285
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30