FACT-INFO.AZ » AKTUAL » Qanla yazılan tarix və vətən sevgisi ilə böyüyən nəsil
12-01-2026, 11:00 | AKTUAL
Qanla yazılan tarix və vətən sevgisi ilə böyüyən nəsil

Bəzən bir ailə ilə tanış olursan, sanki bir millətin yaddaşına toxunursan. Elə bil tarix səni öz sükutuna çəkir, səni öz sətirlərinə qatır. Həsənov Səbuhi Nazim oğlu və onun iki oğlu – 184 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Həsənli Mustafa və 5-ci sinif şagirdi Həsənli Nihat – mənim üçün sadəcə müsahibə iştirakçıları deyildilər. Onlar, vətən sevgisinin ailə ocağında necə közərdiyini, bir xalqın qanla yazılmış yaddaşının necə nəsildən-nəslə ötürüldüyünü göstərən canlı bir dastan idilər.

Bu uşaqlar 20 Yanvar faciəsinin canlı şahidləri deyillər. Onlar o gecəni gözləri ilə görməyiblər, tankların səsini eşitməyiblər, o gecənin dəhşətini yaşamayıblar. Amma onların qəlbi o ağrını hiss edir. Çünki ataları – Səbuhi bəy – onlara bu hadisəni sadəcə danışmayıb, yaşadıb. Hər dəfə Şəhidlər Xiyabanına apardıqda, hər dəfə şəhidlərin adını çəkdikdə, hər dəfə “Vətən sağ olsun” dedikdə, o gecənin ruhunu övladlarının qəlbinə hopdurub. Onlar üçün 20 Yanvar bir tarix deyil – bir hissdir, bir yanğıdır, bir anddır.

Mustafa və Nihat danışarkən sanki o gecənin sükutunu yarıb gələn güllə səslərini eşidirdim. Gözlərindəki dərin kədər, səs tonlarındakı titrəyiş, qürurla qarışıq kövrəklik – bunlar sadəcə uşaqlara xas duyğular deyildi. Bu, bir xalqın ruhunu daşıyan, gələcəyin əsgərləri, müəllimləri, yazıçıları, vətən fədailəri olan gənc nəsilin iç dünyasının aynası idi.

Onlar danışdıqca, gözümün önündə İlham və Fərizənin nakam sevgisi canlandı. Əliyalın xalqın tankların qarşısında durduğu, bir millətin azadlıq uğrunda canından keçdiyi o gecə yenidən dirildi. Hər bir şəhidin adı çəkildikcə, sanki torpaq nəfəs alır, şəhid ruhları bu gənclərin qəlbində yenidən doğulurdu.


Bu ailə bizə göstərir ki, vətən sevgisi hələ də yaşayır. O sevgi ki, nə zamanın tozuna, nə də yad təsirlərə boyun əymir. O sevgi ki, şəhidlərin fədakarlığı ilə ucalan dəyərlər üzərində kök salıb, yeni nəsillərin qəlbində çiçək açır. Bu sevgi, bir ailənin ocağında alovlanır, məktəbdə böyüyür, cəmiyyətə nur saçır.

Bəli, biz fəxarət hissi keçirməliyik. Çünki bu torpaqda Mustafa və Nihat kimi gənclər böyüyür. Onlar təkcə dərs oxumurlar – onlar tarixə şahidlik edir, gələcəyin azadlığını qorumağa hazırlaşırlar. Onlar təkcə məktəbə getmirlər – onlar şəhidlərin ruhuna dua, vətənin sabahına ümid olurlar.

Və mən bir yazıçı olaraq, bir vətəndaş olaraq, bu ailəni tanımaqdan, belə övladlar yetişdirən bir ocağın varlığını görməkdən qürur duydum. Çünki bu cür ailələr olduğu müddətcə, bu torpaq heç vaxt sahibsiz qalmayacaq. Bu xalq heç vaxt diz çökməyəcək. Bu bayraq heç vaxt enməyəcək.

Dinləyib qələmə alan:
Mövsümağa Ədalətoğlu
Yazıçı-publisist




Baxış sayı: 165
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30